İnsanlara hürriyət, millətlərə istiqlal!

Polisə tabe olmayıb, canlı yayım açan sürücü həbs edildi

863 03.06.2026 22:31 Hadisə A A

Paytaxtın Binəqədi rayonunda polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmayan sürücü barəsində məsuliyyət tədbirləri görülüb.

Musavat.com xəbər verir ki, axtarışda olan, atasına məxsus "Hyundai” markalı, 99-QP-750 dövlət qeydiyyat nişanlı avtomobili idarə edən İsrafil Əliyev narkotik vasitənin təsiri altında olub. Onun barəsində toplanmış materiallar baxılması üçün məhkəməyə göndərilib.

Məhkəmənin qərarı ilə İ.Əliyev narkotik vasitələrin qanunsuz istehlakı və polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamaqda təqsirli bilinərək 30 sutka müddətinə inzibati qaydada həbs edilib.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR