İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis Qubada əməliyyat keçirdi - 16 nəfər saxlanıldı FOTO

917 07.11.2023 11:06 Kriminal A A

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən son 1 ay ərzində rayon ərazisində keçirilən əməliyyatlar zamanı narkotik vasitələrin əldə edilməsi, daşınması, qanunsuz dövriyyəsi, satışı və psixotrop maddələrin dövriyyəsi ilə məşğul olan ümumilikdə 16 nəfər saxlanılıb.

Bu barədə Musavat.com-a DİN-dən məlumat verilib.

Qanunsuz dövriyyədən ümumilikdə 5 kiloqram marixuana, 100 qrama yaxın heroin, 5 qram metamfetamin və 15 qram tiryək çıxarılmışdır.

Bütün faktlarla bağlı Quba Rayon Polis Şöbəsində müvafiq araşdırmalar aparılıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR