İnsanlara hürriyət, millətlərə istiqlal!

Polis onu 19 ildir axtarır - Milyonları mənimsəyən “min bir sifət” ləqəbli bank müdiri belə yaxalandı - ANBAAN VİDEO

1843 08.01.2023 17:53 Kriminal A A

 

İstanbulda bir bank şöbəsində müdir işləyərkən 4,5 milyon dollar və 500 min lirə mənimsəmək ittihamı ilə 19 ildir axtarışda olan Elbeyi A. pensiyasını çıxararkən polis tərəfindən yaxalanıb.

Musavat.com xəbər verir ki, “min bir sifət” ləqəbli şübhəli axtarışda olduğu dönəmlərdə sosial şəbəkədə tanış olduğu qadınların yanında qalaraq gizlənməyi bacarıb.

İstanbulda bir bank şöbəsində müdir işləyən Elbeyi A. 2001-ci ildə müştərilərinə boş qəbzlər imzalatdıraraq təqribən 4,5 milyon dollar və 500 min lirəni mənimsəmək iddiası ilə 19 il axtarışda olub. 

Böyük Britaniyada yaşayan bir müştəri hesabından 500 min funt sterlinqin yoxa çıxdığını bildirdikdən sonra bank müstəntiqləri araşdırmaya başlayıb. Hesablara baxılan zaman mənimsəmə faktları aşkarlanıb. Şübhəlinin müştəriləri ilə yaxşı münasibətdə olduğu və onlara yeni hesab üçün lazım olduğunu deyərək boş qəbzlər imzalatdırdığı müəyyən edilib. Elbəyi A.-nın bu üsulla 39 bank müştərisinin hesabını boşaltdığı müəyyən edilib. Barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, Elbəyi A. 2004-cü ildən bəri görkəmini və yerini daim dəyişərək izlərini itirib.

Musavat.com

19 yıldır aranıyordu! Zimmetine para geçiren 'binbir surat' lakaplı banka müdürü, emekli maaşını çekerken yakalandı

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR