İnsanlara hürriyət, millətlərə istiqlal!

PFL prezidenti və vitse-prezidentinin sağlıq durumu açıqlanıb

558 17.12.2023 18:11 Son xəbər A A

Dünən əməliyyat olunan Peşəkar Futbol Liqasının (PFL) prezidenti Elxan Səmədov və PFL vitse-prezidenti Aslan Şahgəldiyevin vəziyyəti stabildir.

Musavat.com APA-ya istinadən xəbər verir ki, Liv Bona Dea Hospitalın mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, reanimasiya şəraitində müalicələri davam edir.

“Digər dörd xəstə isə stasionar şəraitdə müalicə alır. Ümumi vəziyyətləri nisbi-stabildir”, - deyə cavabda qeyd edilib.

Qeyd edək ki, dekabrın 16-da Ağdam rayonu, Birinci Dördyol qəsəbəsində “Mercedes” markalı mikroavtobusun yol kənarındakı maneəyə çırpılması nəticəsində altı nəfər - PFL-in prezidenti Elxan Səmədov, PFL-in vitse-prezidenti Aslan Şahgəldiyev, PFL-in icraçı direktor Zaur Hacıməhərrəmov, PFL-in texniki-idman direktoru Elgiz Abbasov, PFL-in media və marketinq direktoru Sənan Abdullayev və sürücü Rasim Qafarlı xəsarət alıblar.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR