İnsanlara hürriyət, millətlərə istiqlal!

Petek Dinçöz üçüncü dəfə ərə getdi

1261 09.08.2022 01:12 Şou-biznes A A

Bir neçə ay əvvəl Amerikaya köçən türkiyəli müğənni Petek Dinçöz ərə gedib.

Sfera.az xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat paylaşıb. O, iş adamı Nida Büyükbayraktarla fotosunu izləyiciləriylə bölüşərək bu sözləri yazıb:

"Xoşbəxt yuva qurmaq üçün atdığımız addımımız xeyirli olsun. Rəbbim bizi biri-birimizdən ayırmasın".

Qeyd edək ki, Petek Dinçöz 2008-ci ildə ailə həyatı qurduğu "Uçankuş TV"nin sahibi Can Tanrıyarla iki ildən sonra boşanıb. O, 2014-cü ildə iş adamı Serkan Kodaloğlu ilə nikah masasına oturub. Onların bu evlilikdən bir oğlu dünyaya gəlib. Cütlük bir neçə ay əvvəl rəsmi boşanıb.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR