İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Türkiyə Rusiyaya görə Qərbin təzyiqi ilə üzləşib”

920 02.02.2024 15:30 Dünya A A

Kremlin sözçüsü Dmitri Peskov bu gün deyib ki, Türkiyə Rusiya ilə əməkdaşlığa görə Qərbin görünməmiş təzyiqi ilə üzləşir, lakin Ankara öz suverenliyini qoruyur.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Kreml nümayəndəsi Türkiyəni prinsipial və müstəqil mövqe tutan, Rusiya ilə ticarət-iqtisadi əməkdaşlığı davam etdirən nadir ölkələrdən biri adlandırıb.

“Məlumdur ki, Türkiyə öz maraqlarının zərərinə, tamamilə kəsilməsə də, ən azı onu bizimlə qarşılıqlı əlaqəni minimuma endirməyə məcbur etməyə çalışan anqlo-saksonların misli görünməmiş, həyasız təzyiqləri ilə üzləşir”, - Peskov bildirib.

Digər məsələlərlə yanaşı, o, Rusiya prezidenti Vladimir Putinin hazırda Türkiyəyə səfərə hazırlaşdığını və bu səfər zamanı Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla danışıqlar aparacağını bildirib. Dövlət başçılarının Rusiya-Türkiyə münasibətləri və ticarət-iqtisadi əməkdaşlığı, regional problemlər və Ukrayna münaqişəsini müzakirə edəcəyi gözlənilir.

Putinin Türkiyəyə səfəri fevralın 12-də baş tutacaq. Bundan əvvəl, Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Rusiya liderinin Türkiyəyə səfərinin fevralda baş tutacağını bildirsə də, dəqiq tarixi açıqlamayıb.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR