İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov Litva Prezidentinə Putinlə bağlı GÖRÜN NƏLƏR DEDİ

856 14.03.2024 16:06 Dünya A A

Xəbər verdiyimiz kimi, Litvanın paytaxtı Vilnüsdə Putin rejiminə qatı müxalifliyi ilə bilinən Korrupsiyaya qarşı mübarizə fondunun rəhbəri Leonid Volkov hücuma məruz qalıb.

Bundan sonra Litva prezidenti Gitanas Nauseda Litvada heç kimin Putindən qorxmadığını deyib.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, Kreml nümayəndəsi Dmitri Peskov Baltikyanı respublikanın rəhbəri Gitanas Nausedanın sözlərinə bu sözlərlə reaksiya verib:

"Putindən qorxmaq lazım deyil. Putinə hörmət etmək və ona qulaq asmaq lazımdır".

Peskov hadisənin özü ilə bağlı açıqlama verməyib. “Söhbət Litvada baş verən insidentdən gedir. Biz Litvada insanların başına gələnləri heç bir şəkildə şərh edə bilmərik. Litvanın Daxili İşlər Nazirliyi və polisi ilə əlaqə saxlayın”, - deyə o qeyd edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR