İnsanlara hürriyət, millətlərə istiqlal!

Peskov: “Ermənistanın ABŞ-la hərbi təlimlər keçirməsi bizdə narahatlıq doğurur”

801 06.09.2023 17:56 Region A A

 

“Ermənistan ərazisində ABŞ-Ermənistan birgə təlimlərinin keçirilməsi ilə bağlı məlumatlar narahatlıq doğurur”.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bunu jurnalistlərə Rusiya Federasiyası prezidentinin mətbuat katibi Dmitri Peskov danışıb.

"Ona görə də Moskva bu vəziyyəti dərindən təhlil və onun inkişafına nəzarət edəcək", - deyə o,  bununla bağlı ünvanlanan müvafiq sualı cavablandırıb.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Müdafiə Nazirliyi bu ilin sentyabrın 11-dən 20-dək Ermənistan ərazisində Ermənistan və Amerika Birləşmiş Ştatlarının “Eagle Partner 2023” adlı birgə hərbi təlimlərinin keçiriləcəyini xəbər etmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR