İnsanlara hürriyət, millətlərə istiqlal!

“Perfect Strangers”in Azərbaycan versiyası çəkiləcək – FOTO

888 30.08.2022 16:18 Şou-biznes A A

Aktyor Elcan Rəsulov sosial şəbəkədə yeni filmin çəkiləcəyi ilə bağlı anons verib.

Musavat.com-un xəbərinə görə, aktyor yeni çəkiləcək filmin bu günə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkildiyini deyib:

“Film çəkirik. Bu kino 2017-ci ildən bu günə qədər dünyanın 25-ə yaxın ölkəsində çəkilib. Bu il isə Azərbaycanda çəkilir”.

Sənətçi yeni çəkiləcək filmin qış mövsümündə təqdim olunacağını qeyd edib:

“Qış aylarında yerli kinoteatrlarda sizə təqdim olunacaq. Kinomanlar təxmin edəcək söhbət hansı filmdən gedir”.

Aktyor bildirib ki, filmdə özü, Əməkdar artist Dilarə Əliyeva, aktyorlar Ziya Ağa, Oktay Mehdiyev, Fərhad Səmimi, aktrisalar Günay Əhməd, Oksana Rəsulova və digərləri çəkiləcək.

Qeyd edək ki, sənətçinin bu anonsuna bir çox sosial şəbəkə istifadəçiləri şərh yazaraq, filmin dünyaca məşhur “Perfect Strangers” ekran işinin Azərbaycan versiyası olacağını yazıb. Adətən bu filmdə dost olan 7 nəfər şam yeməyində görüşür. Onlar bir oyun oynamağa qərar verir. Qaydalara əsasən, dostlar mesajlarını, zəngləri bir-biri ilə paylaşmaq məcburiyyətində qalırlar. Nəticədə onların sirləri ortaya çıxır və gözlənilməz hadisələr baş verir.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR