İnsanlara hürriyət, millətlərə istiqlal!

Pentaqon: “Somali sahillərində itkin düşən hərbçilər ölüblər”

588 22.01.2024 15:32 Dünya A A

ABŞ Müdafiə Nazirliyi yanvarın 11-də Somali sahillərində Ədən körfəzində yoxa çıxan ABŞ hərbi dəniz üvvələrinin xüsusi təyinatlı iki əsgərinin öldüyünü elan edib.

Musavat.com xəbər verir ki, müvafiq məlumat ABŞ Silahlı Qüvvələrinin mərkəzi komandanlığının (CENTCOM) yanvarın 21-də dərc olunmuş bəyanatında verilib.

Sənəddə deyilir: "Təəssüflə bildiririk ki, 10 günlük hərtərəfli axtarışdan sonra ABŞ hərbi dəniz qüvvələrinə məxsus iki döyüşçü tapılmadı və indi ölmüş sayılır".

Qeyd olunur ki, hərbçilər İran istehsalı olan silahların daşındığı iddia edilən gəmiyə minərkən yoxa çıxıblar.

İki dənizçinin yanvarın 12-də itkin düşdüyü bildirilir. Daha sonra CENTCOM-dan verilən açıqlamada onların sahildə bəzi əməliyyatlar apararkən itkin düşdüyü qeyd olunub. İdarədən onu da deyiblər ki, təhlükəsizlik məqsədilə və itkin düşənlərin ailələrinə hörmət baxımından axtarış əməliyyatı başa çatana qədər hadisə ilə bağlı əlavə təfərrüatlar verilməyəcək.

Yanvarın 13-də “The Washington Post” yerli administrasiyadakı mənbələrə istinadən yazıb ki, Somali yarımadasının sahillərində itkin düşən ABŞ hərbi dəniz qüvvələrinin dənizçiləri gəminin nərdivanına qalxmaq istəyərkən okeana düşüblər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR