İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseynin gizli gündəlikləri üzə çıxdı: "Tələbə Etibar Məmmədov, Zeynal Nağdəliyev..." FOTO

12648 04.09.2023 13:57 Siyasət A A

Sabiq baş nazir Pənah Hüseynin tələbə vaxtı tutduğu gündəliklərin müəyyən fraqmentləri üzə çıxıb. 

Musavat.com xəbər verir ki, bu barədə Pənah Hüseynin özü facebook səhifəsində paylaşım edib. 

Təqdim etdiyimiz aşağıdakı mətndən göründüyü kimi tələbə Pənah Hüseyn həmin dövrdə tələbə olan Etibar Məmmədov və Zeynal Nağdəliyev haqqında fikirlərini paylaşıb. 

Bildirək ki, Zeynal Nağdəliyev hazırda Azərbaycan Respublikası Prezidentinin Ərazi-təşkilat məsələləri üzrə köməkçisi-şöbə müdiri, Etibad Məmmədov isə AMİP-in qurucusu, Milli Azadlıq Hərəkatının liderlərindən biri, hazırda AMİP-in fəxri sədridir. 

Pənah Hüseyn qeyd edib ki, gündəliyinin bu vərəqini 1976 ya 1977-ci ildə yazıb. 

Gündəliyin mətnini təqdim edirik:

Dərnəyin məşğələsi çox maraqlı keçdi. Zeynal adlı 3-cü kurs tələbəsinin məruzəsi çox, dərnəkdəkilərin fikri maraq doğurdu. 4-cü kursdan Etibar bütün məsələlərə başqa cür yanaşdı.

Belə ki, onun fikrincə Rus-İran müharibəsi yox, rus-Azərbaycan müharibəsi olub. Çünki şah azərbaycanlı idi, qoşun Azərbaycanda təşkil olunub, hərbi əməliyyatlar da Azərbaycan ərazisində aparılıb...

“...Rusiya qoşunları tərəfində vuruşan azərbaycanlılar milli xainlərdir!

... Rusiyaya meyl edən xanlar siyasi uzaqgörənlik yox, siyasi korluq göstərmiş, Həştərxan, Sibir, Krım, Ukrayna hakimlərinin şəxsində öz talelərini başa düşə bilməmişlər.

...Xanlar Azərbaycanda “başlanmış” mərkəzləşmə meylindən qorxaraq, Rusiyanın ağuşuna atılmışdır”.

Olduqca maraqlı, diqqəti cəlb edən, təqdirəlayiq mühakimələrdir. Belə müstəqil düşünə bilənlər çox azdır. Çoxları, hətta bəzi əlaçı tarixçilər də belə hesab edirlər ki, məs. Trotski qarşısına məqsəd qoymuşdu ki, SSRİ-də sosializmi devirib, kapitalizmi bərpa etsin. Çox səthi düşüncəyə malik olan belələrinə aydın deyil ki, Trotski özünü marksizmə, kommunizm işinə, Lenin və ya Stalindən az sadiq hesab etmirdi. Trotskiyə onun nəyi istəyib istəməməsinə görə yox, onun ideyalarının, taktiki ideyalarının...

Gündəliyin arxası yoxdur.

Musavat.com Pənah Hüseyndən bu sətirləri neçənci kursda yazdığını soruşub. Bəlli olub ki, o, 2-ci kursda məşğələlər və təmas etdiyi hər kəsdən gündəlik janrında özətlər yazırmış.

Pənah bəy etiraf etdi ki, o zamanlar üçün o, marksist düşüncəyə malik idi. Etibar Məmmədov isə məhz elə o zaman da (4-cü kurs) millətçi dünya görüşünə sahib olub.

Musavat.com




Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR