İnsanlara hürriyət, millətlərə istiqlal!

Pənah Hüseyn “Siyasi partiyalar haqqında” qanun layihəsinin əleyhinə çıxdı

959 24.10.2022 12:38 Gündəm A A

AXP sədri, sabiq deputat Pənah Hüseyn Milli Məclisdə müzakirəyə çıxarılan “Siyasi partiyalar haqqında” qanun layihəsi barədə çıxış edib.

 Musavat.com-un məlumatına görə, partiya sədri təəssüflə bildirib ki, “Siyasi partiyalar haqqında” yeni qanun təşəbbüsünun siyasi partiyalarda birləşmək və fəaliyyət hüququnun  bundan əvvəl Media və QHT - lər haqqında yeni  qanunlarda olduğu kimi,  məhdudlaşdıracağına dair narahatlıqlar və proqnozlar doğruldu: “Müzakirəyə çıxarılan qanun layihəsində ölkədə siyasi partiyaların təsis olunması, dövlət qeydiyyatına alınması şərtlərinin qüvvədə olan  mövcud qanuna nisbətən qat qat ağırlaşdırılması, eyni zamanda siyasi partiyaların fəaliyyətinin dayandırılması və ləğvinin qeyri mütənasib şəkildə asanlaşdırılması, siyasi partiyaların fəaliyyətinə total dövlət (hakimiyyət) nəzarət institunun və bunun çoxşaxəli və çoxpilləli mexanizminin yaradılması, dövlət qeydiyyatında alınmadan və ya dövlət qeydiyyatı olmayan siyasi partiya  fəaliyyətinin qadağan olunub kriminallaşdırılması, hazırda dövlət qeydiyyatında olan siyasi partiyaların  şərtlərlə yenidən qeydiyyata məcbur edilmələri və sair müddəalar, tələb, norma və qaydalar  bunu göstərir.

Siyasi baxımdan bu layihənin meydana gəlməsi 2020-ci ilin əvvəlindən Prezident İlham Əliyevin təşəbbüsü ilə başladıldığı bildirilən  ölkədə fəaliyyət göstərən hakimiyyət və  siyasi partiyalarla   dialoq adlandırılan prosesə zərbə vurur, bu prosesin  pozitivlərini (siyasi partiyaların qeydə alınması istiqamətində illərdən bəri davam edən qeydiyyat problem, qərargah probleminin həll edilməsi, president admnistrasiyası və siyasi partiya rəhbərliykləri arasında daimi fəaliyyət göstərən  kommunikasiyanın,  yaranıb fəaliyyət göstərməsi, cəmiyyətdə siyasi  partiyalara və siyasi partiyalaşmaya  marağın müəyyən qədər artması və s.) ciddi şəkildə əhəmiyyətsizləşdirir, bu prosesin  ölkədə demokratikləşmə istiqamətində dərinləşərək köklü islahatların başlanğıcı ola biləcəyinə dair   rəy və mövqeləri zəiflədir,  belə rəy və mövqedə dayanaraq  bu siyasi proseslərin iştirakçısı, tərəfdaşı olan siyasi  subyektlərin nüfuzunu aşağı salır və bunun tam əksinə    bu prosesin imitasyon xarakterdən kənara çıxmayacağı, hakimiyyətin real  rəqiblərini daha da zəiflətmək məqsədilə yürütdüyü taktika olduğu   barədə rəy və mövqeləri  möhkəmləndirir”. 

P.Hüseyn deyib ki, “Siyasi partiyalar haqqında” yeni qanun qəbul edilməsi təklifinin müəllifləri və təşəbüskarları bunu şərtləndirən və zəruri edən səbəbləri, yeni qanunun hazırlanması təklifinin məqsədini və konsepsiyasını aydın  və inandıcı şəkildə əsaslandırmadırlar, əsaslandıra bilmədilər: “İrəli sürülən bir iki dəlil isə zəifdir və asanlıqla təkzib olunur. Məsələn siyasi partiyalar haqqında qüvvədə olan qanunun 30 il əvvəl qəbul olunduğuna görə köhnəldiyi, yeni reallıqlara cavab vermədiyi iddialarının heç bir  əsası yoxdur. Yeni siyasi reallıq deyilən şeylə siyasi partiyalar haqqında siyasi partiyaların təsis olunması, dövlət qeydiyyatına alınması şərtlərinin qüvvədə olan  mövcud qanuna nisbətən qat qat ağırlaşdırılması, eyni zamanda siyasi partiyaların fəaliyyətinin dayandırılması və ləğvinin qeyri adekvat şəkildə asanlaşdırılması, siyasi partiyaların fəaliyyətinə total dövlət (hakimiyyət) nəzarət institutunun və bunun çoxşaxəli mexanizminin yaradılması, dövlət qeydiyyatında alınmadan və ya dövlət qeydiyyatı olmayan siyasi partiya  fəaliyyətinin qadağan olunub kriminallaşdırılması, hazırda dövlət qeydiyyatında olan siyasi partiyaların daha ağır şərtlərlə yenidən qeydiyyata məcbur edilmələri, və s müddəalar, tələb , norma və qaydalar antidemokratik müddəalardən ibarət bir  qanunun qəbul edilməsinin nə əlaqəsi var? Xüsusən, bunun  2020- ci ildəki 44 günlük müharibədəki qələbə ilə əlaqələndirilməsi yolverilməzdir. Bu cür əlaqənin nədən ibarət olduğu  olduğu konkret olaraq ortaya qoyulmur və qoyula da bilməz. Diqqətə çatdırıram ki, Milli Məclis ”Siyasi partiyalar haqqında Azərbaycan Respublikasının qanununun qəbul edilib qüvvəyə mindiyi 2 iyun 1992- ci il tarixindən sonra, axırıncı 2020- ci il dekabrın 28- ində olmaqla həmin qanuna 20 civarında qanunla 64   əlavə və düəlişlər edilmişdir və bu dəyişiklərdə habelə Venesiya komissiyasının bəzi tələbləri yarımçıq şəkildə olsa da nəzərə alınıb. Yenə zəruri, məsələn, yeni hüquqi normativ aktlara uyğunlaşdırılması tələb olunan hallar varsa, onu da qanuna əlavə və düzəlişlər şəklində etmək mümkündür.

Diqqəti ona da cəlb edirəm ki, yeni layihədəki antidemokratik, qadağanedici və məhdudlaşdırıcı qaydalar 2011- cu ildə Avropa Şurası Venetsiya Komissiyasına rəyə göndərilmiş və müsbət rəy ala bilməyərək, gündəmdən çıxarılmış siyasi partiyalar haqqında qanuna əlavə və dəyişikliklərin daha da ağırlaşdırılmış təkrarıdır.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov 2011- ci ilin dekabrında KİV-ə verdiyi müsahibəsində deyirdi: “Biz Venetsiya Komissiyası ilə apardığımız iki müzakirədə - istər ötən ay, istərsə də sonuncu müzakirələrdə Azərbaycan dövlətinin siyasi partiyalarla bağlı hazırladığı qanunun ümumi məntiqini ortaya qoyduq. Məntiq də ondan ibarətdir ki, biz 1992-ci ildə qəbul olunmuş və Azərbaycanın Konstitusiya normalarına, sonrakı siyasi inkişafın tələblərinə cavab verməyən qanun yeni, daha bir dinamik vəziyyətə salınmalı, indiki tələblərə uyğunlaşdırılmalıdır",…  digər bir mübahisə predmeti ondan ibarət oldu ki, Azərbaycan hesab edir ki, siyasi partiyalar getdikcə birləşməlidir, bunlar arasında bir müəyyən konsolidasiya getməlidir və əgər dövlət büdcəsindən maliyyələşmə gedirsə, partiyaların sayı kifayət qədər dövlətin siyasi həyatına adekvat olmalıdır. "Belə olan halda biz siyasi partiyaların yaradılması meyarlarında dayanan əvvəlki min adam həddini, ölçüsünü 5 minə qaldırmağı təklif etmişik. Əgər bir siyasi partiya doğrudan da partiya olmaq istəyirsə, seçkilərdə iştirak etmək istəyirsə, dövlət maliyyələşməsinə düşmək istəyirsə, onun üzvlərinin sayı 5 mindən az olmamalıdır. Əlbəttə, Venetsiya Komissiyası hesab edir ki, bu, çətinlik yarada bilər, ancaq biz hesab edirik ki, bu, heç bir çətinlik yaratmayacaq. İndiyə qədər mən eşitməmişəm ki, hansısa partiya bəyan edə ki, onun üzvlərinin sayı 5 mindən azdır. Hər partiya hesab edir ki, onun üzvlərinin sayı 5 mindən qat-qat çoxdur və ona görə də bu məsələ Azərbaycan üçün heç bir problem yaratmayacaq”.

Yeni qanunun qəbul edilməsinin güya dövlət qeydiyyatına alınmış partiyaların çox olması üzündən bunun Azərbaycanda siyasi partiyaların inkişafına mane olması, xüsusən siyasi proseslərə ciddi təsir edə biləcək iri partiyaların yaranmasının qarşısını almasına dair arqument də, yanlışdır və əsassızdır. Hər şeydən əvvəl mövcud siyasi partiyaların birləşdirilməsi, birbaşa və ya birləşdirmə formasında  ləğv edilməsi kimi inzabiti yolla, konkret halqa yeni qanun qəbul edib onların dövlət qeydiyyatında qalmalarının çətinləşdirilməsi cəhdi konstitusiyaya ziddir, üstəlik qüsurludur   və beynəlxalq praktika bunun əksini göstərir”.

AXP sədri nümunə gətirib: “Məsələn, əhalisi Azərbaycandan 3 dəfə az olan Gürcüstanda 116 siyasi partiya qeydiyyatdan keçib,l akin orda parlamentdə təmsil olunan 6 partiya var. Əhalisi Azərbaycandan 4 dəfə az olan Ermənistanda 100 qeydiyyatda keçən siyasi partiya var, Lakin orda parlamentdə təmsil olunan və real təsir güçünə malik cəmi 4 partiya var. Türkiyədə 130 –dan artıq siyasi partiya fəaliyyət göstəriri və Türkiyə parlamentində real siyasi təsir gücünə malik 5 partiya mövcuddur. ABŞ də 40 civarında siyasi partiya var, lakin cəmi 2 real siyasi partiya məlumdur və s. Və bu göstərilən və bütün digər ölkələrdə gəlin qanun qəbul edib siyasi partiyaların təsisi, qeydiyyatını, fəaliyyət imkanlarını ağırlaşdırib onların sayını azaldaq kimi absurd fikrə, iddiaya  düşmür. Ümumiyyətlə bütün son 50 ildə dünyanının heç yerində, heç bir ölkədə  siyasi partiyaları haqqında elə bir qanun qəbul edilməmişdir ki, siyasi partiyaların təsis, qeydiyyat və  fəaliyyət qaydaları ağırlaşdırılmış olsun. Əksinə, keçmiş postsovet ölkələri daxil bütün dövlətlərdə əks tendensiya müşahidə olunur. Hətta, de fakto təkpartiyalı system olan Çində Komminist partiyasından başqa 8 siyasi partiya dövlət qeydiyyatına alınmışdır və onların 6-sı Çin parlamentində təmsil olunur. Hətta Şimali Koreyada hakim siyasi partiyadan başqa iki siyasi partiya  dövlət qeydiyyatına alınmışdır.  Dünyanın heç bir yerində, ciddi, iri, siyasi proseslərə kifayət qədər təsir gücünə malik ciddi siyasi partiyaların yaranmasının və fəaliyyətinin  şərti  mütləq olaraq olkədə azad siyasi rəqabət mühitinin formalaşmasından keçir və bunun da  əsas forması  hakimiyyət və yerli özünüidarə orqanlarına azad, ədadlətli, demokratik seçkilərdən keçir. Siyasi partiyaların təbii seleksiyası bundan keçir. Yerdə qalan yol, yəni bu prosesi inzibati, məsələn indi bizdə olduğu kimi yeni qanun qəbul etmək yolu ilə ediləcəyi iddisı əlbəttə ki, mümkünsüzdür, fiksiyadır, siyasi plüralizmin, çoxpartiyalılığın ləğvi, təkpartiyalı system yaratmaq refleksidir. Azərbaycana birinci növbədə lazım olan siyasi partiyalar haqqında yeni qanun yox, demokratik siyasi mühit yaradılmasıdır. Bir sıra müxalifət dairələrinin və müstəqil ekspertlərin belə bir şərhi əsassız görünmür ki, yeni qanun layihəsinin, yeni qanun qəbul etmənin  məqsədi, funksional mahiyyəti  mövcud siysi partiyaların yenidən, daha əlverişsiz şəraitdə və  siyasi  şərtlərlə yenidən qeydiyyat yolu ilə Azərbaycanın müstəqilliyinin bərpası dövründə demokratik inqilabların inersiyası  şəklində davamının nəticəsi olan (və ya belə sayılan) müxalifət partiyalarının sıradan (meydandan) çıxarılmasıdır. Yuxarıda göstərdik ki, güya belə qanunla  partiyaların birləşməsini, iri partiyaların yaradılmasını stimullaşdıracağı barədəki arqumentlər əsassızdır. Reallıqda, əksinə belə qanun  siyasi partiyalarda birləşmə meylinin azalmasına, siyasi partiyalaşmaya marağın  və siyasi partiya formasında fəaliyətə fərdi və ictimai marağın azalmasına bunun da  siyaisi  partiyalar formasında siyasi fəallığın aşağı düşməsinə və siyasi plyüralist və çoxpartiyalı siyasi sistemin deqadasiyasına gətirib çıxaracaqdır. Belə şəraitdə, bir neçə  siyasi partiya adı ilə təsisatların formal  olması , məsələn keçmiş socialist sistemi və postsovet  ölkələrinin bəzilərində siyasi partiyalar mövcuddur,  orda çoxpartiyalı sistemdən danışmaq olmaz.

Siyasi partiyalar haqqında qanunun dərc edilən  layihədəki fəlsəfə, ruh və məzmunda  qəbul edilməsinin digər nəticələri də   olacaqdır. Belə ki, ölkə daxilində siyasi partiyaların yaradılması və fəaliyyəti üçün azad əlverişli şərait olmayacaqsa, əksinə, qadağa, basqı, təqib, təzyiq mühiti olacaqsa o halda siyasi fəaliyyətin qeyri siyasi partiya formaları rəvac tapacaq, qeyri formal, o cümlədən məsələn xaricdə  təsis edilə mühacirətdə siyasi partiyalar yaranacaq, daxildə bu kripto, virtual  təşkilatlanma meylləri və hərəkətlərin meydana gəlib güclənməsi ilə müşahidə olunacaqdır”.

P.Hüseynin sözlərinə görə, bu cür qanunun qəbul edilməsi və icraata yönəldilib hakimiyyətin kursunu tənqid edən  siyasi partiyalara qarşı istifadə edilməsi  Azərbaycana qarşı ihsan hüquq və azadlıqları demokratiklıışmı problemləri şüarları ilə aparılan iş və bunu aparan dairələrə əlavə dəlil verəcək və onlarını əlini gücləndirəcəkdir: “Bütün bunları nəzərə alaraq Azərbaycan Xalq Partyası dərc olunan layihəyə mənfi rəyini bildirir və bu konsepsiya və şəkildə qəbul edilməsini məqsəduyğun saymır. 

Təkliflərim:

1.Siyasi partiyalar haqqında yeni qanunun hazırlanıb qəbul edilməsi Konstitusiyada siyasi partiyalar haqqında müddəaların ayrıca müddə(lər)də təsbiti, seçkili hakimiyyət və yerli idarəetmə orqanlarına seçkilərin çoxpartiyalı, prororsional seçki sistemi əsasında aparılmasını nəzərdə tutan əlavə və dəyişikliklərdən sonra məntiqi və məqsədəuyğun olardı. Hazırda cəmiyyətdə bu məsələlər ətrafında ciddi müzakirə gedir, gözləntilər vardır və bu gözləntilər reallaşacaqsa, yəni konstitusion islahatlar aparılacaqsa o halda siyasi partiyalar haqqında prinsipcə yeni qanun hazırlanması təbii şəkildə yenidən gündəmə gələcəkdir.  Siyasi partiyaların Konstitusyon statusu yüksəldilməli, bunun üçün Konstitusiyada siyasi partiyalar haqqında müddəa (lar) müstəqil, ayrıca maddələr şəklində təsbit olunmalıdır. Xatırladırıq ki, AP- nın mövcud Konstitusiyasında siyasi partiyar haqqında müddəa Konstitusiyanın birləşmək hüququ haqqında 58- ci maddəsinin II hissəsinin tərkibində -“II. Hər kəs istənilən birlik, o cümlədən siyasi partiya, həmkarlar ittifaqı və digər ictimai birlik yaratmaq və ya mövcud birliyə daxil olmaq hüququna malikdir. Bütün birliklərin sərbəst fəaliyyətinə təminat verilir.”- şəklində ifadə edilib”. Diqqətə çatdırırq ki, Azərbaycanın müstəqilliyi haqqında ümumxalq referendumu ilə qəbul olunmuş 1991- ci il Konstitusiya Aktında siyasi partiyalar anlayışı, onların siyasi proseslərdə yeri və rolu ayrıca, Aktın 28 – ci maddəsində “siyasi partiyalar siyasi fəaliyyətin əsas ünsürləridir” müddəası ilə təsbit olunmuşdur. Əlavə olaraq göstəririk ki, dünyanın bir çox, o cümlədən bizimlə qonşu ölkələrində siyasi partiyalar haqqında müddəalar onların Konstitusiyalarında ayrıca maddələr şəkilində yazılmışdır. Qeyd edim ki, siyasi partiyalar haqqında müddəaların konstitusiyaya daxil edilməsi üçün ümumxalq referendumuna da ehtiyac yoxdur. Bunu konstitusiya qanunu ilə əlavə şəklində də etmək olar. Hesab edirik ki,siyasi partiyaların siyasi fəliyyətin əsas subyekti (ünsürü və s)olması haqqında müddəa siyasi partiyalar haqqında qanununda da əks olunmalı və onun konseptual əsasını təşkil etməlidir.

 

2.Əgər yeni qanun yuxarıda göstərilən konstitusyon islahata qədər qəbul ediləcəksə o halda:

  1. a) yeni qanunda mövcud qüvvədə olan qanunna nisbətən  siyasi partiyaların, təsisi, fəaliyyəti, qeydə alınması və dövlətlə münasibətdə hesabatlılığı qayda, normalardan haqqında mövcud qüvvədə olan qanunda nəzərdə tutulduğundan daha ağır qayda və normaların yolverilməz olması prinsipi əsas götürülməlidir.

 

  1. b) Bu qanun qüvvəyə minənə qədər dövlət qeydiyyatına alınan siyasi partiyalarla əlaqədar bu qanunun müəyyən etdiyi müddəalar  AR Milli Məclisinə növbəti və ya növbədənkənar  seçkilərdən sonra tətbiq edilməlidir.

3) Bu qanun layihəsinin üzərində işin davam etdirilməsi nəzərə alınaraq siyasi partiyaların nümayəndələrinin də daxil olduğu birgə   işçi qrup yaradılsın!”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR