İnsanlara hürriyət, millətlərə istiqlal!

Paytaxtın "pulsuz Wi-Fi" problemi və RƏSMİ AÇIQLAMA- FOTOLAR

545 05.03.2024 20:50 Ölkə A A

Şəhərin müxtəlif yerlərinlə pulsuz internetlə bağlı plakatları görmək mümkündür. Amma "pulsuz Wi-Fi" xidmətini görüb sevinməyinlə məyus olmağın bir olur. Belə ki, Bakı Bulvarında (Dənizkənarı Milli Park) üzərində "pulsuz Wi-Fi" yazılan plakatlar yerləşdirilsə də, burada internetdən istifadə etmək qeyri-mümkündür. Paytaxt sakinlərinin sözlərinə görə, uzun müddətdir ki, "ictimai Wi-Fi" xidməti işlək deyil. Hətta şəhərin digər yerlərində də eyni vəziyyət hökm sürür. 

Mövzu ilə bağlı “Bakı Telefon Rabitəsi” MMC-yə sorğu göndərdik. Qurumdan Musavat.com-un sorğusuna cavab olaraq bildirildi ki,  “ictimai Wi-Fi” xidmətinin təqdim edildiyi ərazilər istifadə intensivliyi və tələbat səviyyəsinə müvafiq olaraq müəyyən edilir:

"Bakı Telefon Rabitəsi” MMC tərəfindən hazırda Dənizkənarı Milli Park (Köhnə Bulvar, Ağ Şəhər Bulvarı əraziləri), Dövlət Bayrağı Meydanı (Su İdmanı Sarayına qədər) və Heydər Əliyev Mərkəzinin parkında “İctimai Wi-Fi” xidməti göstərilir və müştəri təcrübələrinin yaxşılaşdırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir.

Xidmətdən istifadə etmək üçün şəbəkəyə daxil olaraq qeydiyyatdan keçmək lazımdır. Qeydiyyat mobil nömrə ilə mümkündür. 1 cihaz vasitəsilə yalnız 1 istifadəçi ödənişsiz internet xidmətindən yararlana bilər.

“İctimai Wi-Fi” layihəsi çərçivəsində vətəndaşlara təqdim oluna biləcək maksimal sürət 5 Mbit/s-dir. Telefonun xüsusiyyəti, tənzimləmə sistemi, ötürülən dalğanın zəif olduğu nöqtədən qoşulmağa cəhd, ərazidə yerləşən elektrik xətlərində aparılan təmir işləri və s. səbəblərdən internetə qoşularkən çətinlik yarana bilər".

Afaq Mirayiq,
Fotolar müəllifindir,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR