İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paxtakor”un satışı dayandırılıb – “Stadionun ərazisini mənimsəmək istəyirlər”

641 19.01.2024 13:54 Dünya A A

Dövlət Aktivlərinin İdarə Edilməsi Agentliyi “Paxtakor” futbol klubunun satışını dayandırıb.

Musavat.com Podrobno.uz-a istinadla xəbər verir ki, bu barədə qərar ictimai rəyin öyrənilməsindən sonra qəbul edilib.

Yada salaq ki, özəlləşdirmə proqramı çərçivəsində yanvarın 16-da “Paxtakor” futbol klubunun 100 faiz dövlət payının satışa çıxarıldığı elan edilib. İki gün sonra klub “ictimai rəyi öyrəndikdən” sonra müvəqqəti olaraq hərracdan çıxarılıb.

Qeyd edək ki, klubun və onun bütün mülklərinin satışa çıxarıldığı xəbərindən sonra internet resurslarında ictimaiyyətin hiddətli qeydləri yayılıb. Bir çoxları bildirib ki, futbolu dövlət inkişaf etdirməlidir. Digərləri isə klubun satılması prosesinin daha bir torpaq fırıldaqçılığı ilə əlaqəli olacağını irəli sürüülər.

"Əsl məqamın nə olduğunu təsəvvür edə bilərəm. Təbii ki, onlara futbol lazım deyil. Onlara prezident sarayının 100 metrliyində yerləşən qiymətsiz torpaq lazımdır. Sxem belə olacaq: stadionun "yenidən qurulması” zamanı klub Kuylyukdan kənara köçəcək. “Yenidənqurma” prosesində bəzi problemlər ortaya çıxacaq və klub həmişəlik orada qalacaq. Stadionun yerində isə dəbli ticarət mərkəzi qaldırılacaq”, – blogger və jurnalist Nikita Makarenko yazıb.

“Paxtakor”un torpağının aqibəti necə olacaq? Müraciət edənlərə qoyulan tələblərə nəzər saldıqda görünür ki, hər şey köhnə sxem üzrə aparılacaq, yəni kriteriyalar müəyyən qrupların imkanlarına uyğun seçilib”, - deyə Rəsul Kuşerbayev qeyd edib.

Çox güman ki, klubun yeni sahiblərini klubun inkişafından daha çox şəhərin mərkəzində tutduqları 24 hektar torpaq maraqlandıracaq”, - o əlavə edib.

İctimai xadim soruşur: “Klubun alınmasından sonra milyonlarla Özbəkistan vətəndaşı üçün tarixi tikili olmuş indiki stadionun və klubun ərazisinin dağıdılmayacağına, onların yerində müxtəlif biznes və yaşayış binalarının tikilməyəcəyinə zəmanət varmı?

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR