İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanla bağlı ŞOK - Sülh danışıqları aparılmasa, bir neçə gündə...

3454 22.09.2023 16:11 Son xəbər A A

Nikol Paşinyanın gücü “Qarabağ böhranı” səbəbindən hər dəqiqə zəifləyir, baş nazirin nə daxili, nə də xarici dəstəyi var.

Musavat.com-un məlumatına görə, bu barədə CNBC analitiklərə istinadən xəbər verir.

“Sülh danışıqları aparılmasa, son bir neçə gündə Qarabağda baş verənlər müharibəyə aparıb çıxara bilər. Ermənistan daxilində siyasi baxımdan Paşinyanın rəhbərliyi ilə nələrin baş verdiyini və bundan sonra onun sağ qalıb-qalmamasını görmək çox maraqlı olacaq” - “Eurasia Group” siyasi risk konsaltinq şirkətinin analitiki Tinatin Caparidze CNBC-yə bildirib.

“Onilliklər ərzində Ermənistan təhlükəsizlik qarantı kimi Rusiyaya arxalanıb. Lakin hakimiyyət Kremlin ölkəni dəstəkləmək iradəsinin olmadığını gördükcə məyus olur”, - CNBC-nin məlumatında deyilir.

ABŞ-ın Müharibə Araşdırmaları İnstitutu (ISW) hesab edir ki, Rusiyanın Ukraynaya genişmiqyaslı işğala üstünlük verməsi və İrəvanın Moskvadan narazılığını getdikcə daha çox ifadə etməsi fonunda Rusiyanın Ermənistanın təhlükəsizliyinin təminatçısı kimi rolu azala bilər.

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR