İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyanın sonuncu payızı olacaq..." - Petrosyandan ŞOK SÖZLƏR

477 25.07.2024 17:55 Region A A

Ermənistan Rusiya ilə münasibətləri düzəltməyə çalışmaq əvəzinə anti-Rusiya istiqamətinə doğru irəliləyir. Bir neçə gün əvvəl Ermənistanın kənd təsərrüfatı məhsullarına qarşı Rusiyanın sanksiyalarını gördük və Rusiya təzyiqləri artıracaq.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın bədnam “Ayakve” təşkilatının idarə heyətinin üzvü Aram Petrosyan danışıb.

Onun sözlərinə görə, Ermənistanın destruktiv siyasəti hətta dövlətçiliyinin itirilməsinə də gətirib çıxara bilər.

Petrosyanın iddiasına görə, bu ilin payızı Nikol Paşinyanın Ermənistanın baş naziri postunda sonuncu payızı olacaq.

"Rusiya artıq çox yüngül xəbərdarlıq edir, lakin o, Ermənistan iqtisadiyyatını asanlıqla məhv edə bilər", - deyə Petrosyan əlavə edib.

Azərbaycan artıq Ermənistan Konstitusiyasının dəyişdirilməsini tələb edir. Əminəm ki, Ermənistan xalqı öz sözünü deyəcək və belə bir Konstitusiya mütləq qəbul olunmayacaq. Biz müharibəyə hazırlaşmalıyıq. Nikol Paşinyanın dediyi o 29 min 743 kvadrat kilometr olmayacaq. Ya kiçik bir qəbiristanlıq olacaq, ya da heç mövcud olmayacaq”, - deyə Petrosyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR