İnsanlara hürriyət, millətlərə istiqlal!

Bu qidadan imtina edənlərin ömrü 30 il uzanır – Həkimdən iddia

749 25.07.2024 18:12 Yaşam A A

Cərrah və onkuroloq, tibb elmləri namizədi Mark Qadzian əmindir ki, 40 yaşdan sonra əlavə şəkərdən imtina etmək ömrün uzamasına kömək edir.

“Çünki bu gün əksər xəstələrə diaqnoz qoyulan diabet, piylənmə, xərçəng və digər xəstəliklərin inkişaf riski azalır”, - deyə həkim bildirir.

Onkuroloq şəkərdən (meyvə və bal istisnadır) imtina edənlərin ömrünün 20-30 il uzana biləcəyini iddia edir.

“Telegram” kanalında bu mövzuda əminliyini ifadə edən həkim bunları söyləyib:

“Çoxlarının istehlak etdiyi şəkər miqdarına beynimizin və bütövlükdə bədənimizin ehtiyacı yoxdur”.

Eyni zamanda, həkim qeyd edib ki, insanların çoxu sadəcə olaraq şirniyyat yeməkdən vaz keçə bilmirlər. O, karbohidratlardan tamamilə imtina etməyə çağırmadığını bildirib.

“Şəkəri tamamilə aradan qaldırmaq mümkün deyil, çünki o, demək olar ki, hər yerdə tapılır. Məsələn, süd məhsullarının etiketlərini oxumağa dəyər”, - deyə mütəxəssis qeyd edib.

O, ciddi pəhrizlər olmadan və sağlamlığa zərər vermədən əlavə çəkidən qurtulmağa kömək edəcək tövsiyələrini də bölüşüb:

“Əsas qaydalar arasında gündə üç dəfə (qəlyanaltısız) yemək, ən azı yeddi saat yatmaq, şəkərdən (şirinləşdirilmiş içkilərdən) çəkinmək və günortadan sonra meyvə, qatıq və süd məhsullarını məhdudlaşdırmaq var.

Fiziki fəaliyyətə gəldikdə, gündə on min və ya daha çox addım atmağa çalışmalı, həftədə 3-4 gün idman (45-50 dəqiqəyə qədər) etməlisiniz”.//Medicina.az

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR