İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın partiyasından Rusiyaya şantajlı şərt

640 11.04.2023 17:02 Son xəbər A A

“KTMT ilk növbədə “Ermənistanın suveren ərazisinə qarşı təcavüzə” reaksiya verməli, “Ermənistanın ərazilərinin işğalı faktını” düzəltməlidir, lakin biz bunu hələ görmürük”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu barədə jurnalistlərə müsahibəsində Ermənistan parlamentinin xarici əlaqələr üzrə daimi komissiyasının sədri, hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Sarkis Xandanyan bildirib.

Onun sözlərinə görə, qərar layihəsində bu fakt öz əksini tapmalı, “təcavüz” (əslində Azərbaycanın qanuni sərhədlərini bərpa etməsi - red.) qeydə alınmalı, siyasi qiymət verilməlidir. “Yalnız bundan sonra KTMT missiyasının yerləşdirilməsi və onun formatı barədə danışmaq mümkün olacaq”, - Xandanyan vurğulayıb. 

“KTMT missiyasının göndərilməsi məsələsi martda Ermənistan XİN rəhbərinin Moskvaya səfəri zamanı açıq müzakirə olunub. Qərar layihəsi üzərində iş gedir”, - deyə erməni deputat əlavə edib.

Xatırladaq ki, Rusiyanın Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri Sergey Kopırkin bir müddət əvvəl KTMT missiyasının Ermənistana gəlməyə hazır olduğunu bildirmişdi.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR