İnsanlara hürriyət, millətlərə istiqlal!

“Neftçi”nin başına bəla oldu – Pulunu son qəpiyinə kimi istəyir

780 03.08.2024 21:45 İdman A A

“Neftçi” ciddi problemlə üzləşib. Bu, Lukas Melano ilə bağlıdır.

Belə ki, argentinalı hücumçu ötən yay sıralarına qoşulduğu paytaxt klubundan ayrılmaq niyyətində deyil. Cənubi amerikalı legioner bunun üçün konkret şərt irəli sürüb - mənə çatacaq pulu son sentinə kimi ödəyin, sonra müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verək.

Melano 2023-cü ilin yayında «ağ-qaralar»la 1+1 illik müqavilə imzalayıb. Ötən mövsüm 12 oyunda forma geyinən və qol hesabını aça bilməyən forvard yeni baş məşqçi Roman Qriqorçukun ağından da keçmir. Ukraynalı çalışdırıcı argentinalının xidmətində maraqlı olmadığını ilk gündən bildirib.

Klub rəhbərliyi Lionel Messinin həmyerlisinə öz təklifini verib, o isə 3-4 aylıq maaş miqdarında təzminat ödənilməsinə razılaşmır. Hətta əvəzedici heyətə göndəriləcəyi halda, buradan çıxıb getməyəcəyini deyib.

Bakılılar ona görə Argentina təmsilçisi “Sarmiento”ya transfer müqabilində təzminat ödəyib.

Buenos-Ayres komandası 31 yaşlı hücumçu ilə sözləşməyə xitam verməyin qarşılığında 50 min dollar qazanc əldə edib.

Sonuncu klubu “Atletiko Sarmiento” (2023) olan Melano Argentinanın “Nyuells Old Boyz” (2022), “Sentral Kordoba” (2021), “San-Lorenso de Almaqro” (2021), “Atletiko Tukuman” (2019-2021), “Estudiantes” (2017-2018), “Lanus” (2013-2015), “Belqrano” (2011-2013, 2017), həmçinin Çilinin “Universidad Katolika” (2022) və ABŞ-nin “Portlend Timbers” (2015-2019) klublarında çıxış edib. 2013-cü ildə “Lanus”la Sudamerikana kubokunun, 2015-ci ildə isə “Portlend Timbers”lə MLS kubokunun qalibi olub. O, 2013-cü ildə Argentinanın U-20 millisinin heyətində 3 oyun keçirib, 1 qol vurub./SPORTİNFO.AZ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR