Ermənistanın hakim Mülki Müqavilə partiyasının iclasında gün ərzində daha bir qalmaqal baş verib.
Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.
Məlumata görə, deputat Hayk Sarkisyan ilə Tavuş vilayətinin qubernatoru Hayk Qalumyan arasında vilayət administrasiyasına qarşı ağacların qeyri-qanuni kəsilməsi, pis ekoloji vəziyyət və s. məsələlərlə bağlı qalmaqal olub.
Hökumətyönlü deputatlar isə bunu inkar edirlər. “İnsanlar dayanıb danışırdılar, bəlkə kiməsə elə gəlirdi ki, döyüşüblər”, – Alxas Qazaryan jurnalistlərlə ünsiyyətdə dava ilə bağlı məlumatları təkzib edib.
Davanı gizlətməyə çalışan Qazaryan əlavə edib ki, “nə görüş zamanı, nə də ondan sonra yumruqlar yox idi, partiyada müxtəlif məsələlərdə müxtəlif fikirlər var”.
Bundan öncə baş verən insident isə Nikol Paşinyanın iştirak etdiyi iclasda baş verib və baş nazir toplantını tərk edib.
Musavat.com