İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın müavini Şahin Mustafayevlə bunları müzakirə edəcək

949 15.01.2024 16:37 Siyasət A A

“Delimitasiya komissiyalarının növbəti iclası yanvarın sonunda baş tutacaq”.

Musavat.com APA-ya istinadən xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini Mqer Qriqoryan “Azadlıq” radiosunun Ermənistan xidmətinə müsahibəsində deyib.

Onun sözlərinə görə, iclasda ilkin razılaşmalara uyğun olaraq, əvvəlcə komissiyaların birgə fəaliyyətinə dair əsasnamə layihəsi müzakirə olunacaq.

Həmin əsasnamədə birgə iş zamanı istifadə üçün hüquqi əhəmiyyət kəsb edən sənəd və hüquqi aktların növləri dəqiq müəyyən edilməli, müvafiq hüquqi əsaslarla səlahiyyətli orqanlar tərəfindən tərtib edilmiş və dərc edilmiş SSRİ dövrünün son topoqrafik xəritələri və digər bu kimi məsələlər müəyyən edilməlidir.

Qeyd edək ki, Azərbaycan Respublikasının Baş nazirinin müavini Şahin Mustafayev və Ermənistan Respublikasının Baş nazirinin müavini Mher Qriqoryanın sədrliyi altında Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə komissiya görüşlər keçirir. 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR