İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın “kiçik qələbəsi”nə Laçın postu üzərindən ZƏRBƏ - ŞOK DETALLAR

3564 13.05.2023 13:14 Gündəm A A

Ermənistanın sərhəddə təxribatları davam edir. Bu arada Qarabağdakı separatçılar da aktivləşib.

Brüssel görüşü ərəfəsində bu təxribatlar nəyə hesablanıb? Azərbaycan hər iki tərəfi necə susduracaq?

Sosial Tədqiqatlar Mərkəzinin (STM) mətbuat katibi, siyasi şərhçi Əziz Əlibəyli Musavat.com-a açıqlamasında bildirib ki, Brüssel görüşü ərəfəsində təxribatların baş verməsi Azərbaycana təzyiq məqsədi daşıyır.

aziz.jpeg (273 KB)

Siyasi şərhçinin sözlərinə görə, unikal yanaşma budur ki, baş verən toqquşmalarda bütün tərəflər öz marağını güdür:

“Qərb raundunda keçirilən görüşlərə görə Rusiya qısqanclıq nümayiş etdirirdi. Lakin sonradan Kişinyov görüşü, dördlü, beşli format məsələsi meydana çıxdı. Fransanın indiki qarşıdurmalarda ortaya qoyduğu mövqe kifayət qədər diqqət cəlb edir. Bu mənada düşünürəm ki, Azərbaycan tərəfi Fransanı bir tərəf olaraq masada görmək istəmir. Prezidentin açıq mətnlərlə çağırışı var idi. Hesab edirəm ki, sonuncu dəfə bu görüşlərdən əvvəl yoxlama məqsədilə bölgəyə gəlmiş Fransa xarici işlər nazirinin səfərindən sonra biz belə bir mahiyyəti də izləməli idik. Yəni Azərbaycan birmənalı şəkildə Ermənistana vəkillik edən və gəlib həmin danışıqlar masasında əyləşəcək ölkəyə ehtiyac duymur. Burada bir Almaniya formatı da var. Amma əlbəttə ki, prosesin Fransa nöqteyi-nəzərindən istifadəsi buna bağlıdır. Digər tərəfdən, kiçik də olsa, Paşinyanın bəzi ümidlərin əldə edilməsinə yönəlik ənənəvi bir yanaşması var – kiçik qələbə ilə masaya əyləşmək. Bunu hər görüşdən əvvəl, sonra edirlər. Bu dəfə də olmadı”.

Ekspert bildirib ki, Azərbaycan tərəfi bundan əvvəlki gözlənilməz situasiyalarda Qarabağdakı separatçıların susdurulmasını həyata keçirə bilib:

“Biz antiterror əməliyyatlarına, danışıqlara baxsaq, bunu görə bilərik, digər tərəfdən, ruslar sülhməramlı miqyasında ermənilər üzərində bəzi rollar icra ediblər. İndiki halda isə antiterror əməliyyatı keçirmək bir anın məsələsi deyil. Amma oradakı terrorçularla bağlı Azərbaycanın edə biləcəyi rıçaqlar var. Bunun birincisi nəzarət-buraxılış məntəqəsi üzərindən əzələ nümayişidir. Kiçik çaplı əməliyyatların həyata keçirilməsidir. Eyni zamanda reinteqrasiya ilə bağlı ciddi addımların atılması, hansısa təkliflər ola bilər.

Brüssel görüşünə gəlincə, əlavə kartlar açmaq, Ermənistanın mövqeyini gücləndirmək, Azərbaycana qarşı ənənəvi olaraq xalqların öz müqəddəratını təyin etmə populist yanaşmasını masaya gətirmək kimi planlar var. Bunlar isə Azərbaycan tərəfi üzərində böyük təsir yarada bilməz”.    

Aytən Novruz
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR