İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın iddia etdiyi “menyu”nun ŞOK DETALLARI - “29,8 – 86,6” prinsipi işləyə bilər VƏ...

2222 03.06.2023 12:48 Gündəm A A

“Paşinyan sərhədin delimitasiyasının 1975-ci il xəritəsinə uyğun aparılması razılığının olduğunu iddia edir”.

Musavat.com Publika.az-a istinadən xəbər verir ki, bunu siyasi şərhçi Asif Nərimanlı qeyd edib.

asif.jpg (298 KB)

Onun sözlərinə görə, bu, Qazaxın 7 kəndi və Kərkinin Azərbaycana qaytarılmasını təmin edə bilər, lakin Ermənistan bu xəritəyə əsasən Başkəndin onlara verilməsini, o cümlədən, Bibiş, Lələkənd, Hönüt, Tatlı kəndlərini istəyir:

“Bəşkənddən fərqli olaraq, bu kəndlərə nəzarət vizual xarakter daşıyır. Ermənistan bu kəndlər üzərindəki nəzarəti “bütün sərhəd xətti boyunca demilitarizasiya zonasının yaradılması” ilə aradan qaldırmaq niyyətindədir.

Demilitarizasiya zonasının yaradılması müharibədən sonra Azərbaycanın çıxdığı sərhəd xəttindən geri çəkilməsi deməkdir. Paşinyan da bildirir ki, 1975-ci il xəritələrinə əsasən Azərbaycanın Zod və Xəzinəvar istiqamətində irəlilədiyi ərazilər Ermənistana qaytarılmalıdır. Halbuki, Azərbaycan ordusu işğal dövründə bu istiqamətlərdə irəli çəkilən dövlət sərhədini bərpa edib.

Mümkündür ki, masada “barter” məsələsi də var: Başkənd Azərbaycanda qalır, anklavlar Ermənistanda; anklavların qaytarılması hər iki tərəf üçün “dəhliz yaratmaq” probleminə görə cəmiyyətlər arasında sülh mühitinin əldə edilmədiyi müddətdə çətin görünür. Digər tərəfdən, belə mühitin yaradılması üçün uzunmüddətli zamana ehtiyac var. Yaxud tərəflər “29,8 – 86,6” prinsipi üzrə bütün məsələləri həll etmək üzərində razılaşa bilərlər.

Masada müzakirələrin konkret nədən ibarət olduğunu bilmirik, xüsusilə Bakının rəsmi məlumatının olmaması fonunda”.

Siyasi şərhçi vurğulayıb ki, Azərbaycanın iki məsələdə öz mövqeyi var:

“Birincisi, strateji əhəmiyyətə malik olan Başkəndin qaytarılmaması;

İkincisi, sərhəddə “demilitarizasiya zonası”nın yaradılması və ordunun geri çəkilməsini qəbul etməməsi;

Bu baxımdan, Paşinyanın iddia etdiyi “menyu” üzərində razılaşmanın reallığı sual altındadır.

Əliyevin mayın 28-də Laçında səsləndirdiyi “Delimitasiya bizim şərtlərimiz əsasında olmalıdır, istəmirlərsə, olmasın, biz harada desək, sərhəd də orada olacaq” sözləri də Bakının sərhədlə bağlı öz gündəliyinin olduğu fikrini önə çıxarır. Azərbaycan məsələni masada yox, sahədə həll edə bilər”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR