İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın faşist dostları – Təzə ildə köhnə yalanlar keçməyəcək!

929 09.01.2024 15:23 Siyasət A A

Yanvarın 1-də İrəvanda nasist tulası və qatı Türk düşməni, quldur Qaregin Njdenin doğum günü şərəfinə faşist marşı keçirildiyi haqda yazmışıq. Yürüş-marş zamanı nasist şüarlar səsləndirilmişdi. Lakin insana nifrət dolu bir ideologiyanın daşıyıcılarına qarşı yerli polis hər hansı tədbir görməmiş, aksiyaya müdaxilə etməmişdi. Heç kim yalandan da olsa, saxlanılmamışdı.

Bir daha yaddaşları təzələyək: bu həmin şərəfsiz Qaregin Njdedir ki, “Axırıncı Türk lal, kar, kor da olsa, mütləq öldürülməlidir” irqçi ifadəni erməni xalqının “mübarizəsi” üçün əsas şüar seçib. Və belə bir ikiayaqlı yaramazı erməni cəmiyyəti özünə kumir hesab edir, onun iyrənc antibəşəri irsini yaşadır. Məhz Njde kimilərin on illərdir apardıqları irqçi ideologiyanın təsirindəndir ki, Ermənistan adlı qədim Türk yurdunda “Türk” sözü təhqir sayılır.

Maraqlıdır ki, erməni faşistlərin 1 yanvar marşına polisin müdaxilə eləməməsi o yana, özünü “sivil və demokratik” ölkənin rəhbəri sayan Nikol Paşinyan hökuməti indiyədək bu utancverici olaya reaksiya bildirməyib. Hökumətin heç bir üzvü marşı pisləməyib. Görəsən niyə? Ona görə ki, Paşinyan özü və toplumun mütləq əksəriyyəti Njde sevdalısıdır?

Yəqin ki. Hətta yüzdə yüz...

Prezident İlham Əliyev Aşqabadda MDB Dövlət Başçıları Şurasının məhdud  tərkibdə iclasında iştirak edib

Bunu da xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının 2019-cu ilin oktyabrında Aşqabadda keçirilən iclasında Prezident İlham Əliyev 2016-cı ildə İrəvanda erməni cəlladına 6 metr hündürlükdə heykəl qoyulmasını sərt şəkildə qınamışdı. Eyni zamanda, abidənin saxlanmasına görə Paşinyan iqtidarına haqlı iradlar bildirmişdi.

Həmin çıxışdan sitat: “Biz dövlət başçıları faşistlərin qəhrəman kimi qələmə verilməsinin əleyhinə dəfələrlə çıxış etmişik. Təəssüf ki, MDB məkanında, xüsusən Ermənistanda belə hallar baş verir. Orada əvvəlki hakimiyyət İrəvanın mərkəzində faşist cəlladı və satqın, Qaregin Njde ləqəbi ilə alman faşistlərinə xidmət etmiş Qaregin Ter-Arutyunyana heykəl qoyub. MDB ölkələrindən olan müharibə veteranlarının böyük bir qrupu Ermənistanın əvvəlki rəhbərliyinin bu həyasız addımına qarşı dəfələrlə etirazını bildirib... Təəssüf ki, Ermənistanın yeni hakimiyyəti bu heykəli götürməyib. Hesab edirəm ki, MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer yoxdur”.

Diğer ülkelerden herhangi bir toprak talebimiz olmadığı gibi, asla da  olmayacak" - Son Dakika Haberleri

Amma ardınca söz alan baş nazir Nikol Paşinyan bu mövzuda heç olmasa, susmaq əvəzinə, yaxud günahı öz sələfi, Xocalı hərbi canisi Serj Sərkisyanın üstünə atmaq əvəzinə, abırsızcasına Njdenin müdafiəsinə qalxmış, onu “milli qəhrəman” kimi təqdim eləmişdi. Odur ki, Ermənistanda Njde davamçılarının - faşist ünsürlərin rahatca meydan sulamasına hakimiyyətin susqunluğu tamamilə anlaşılandır. “Su-çuxur” məsələsi və ya “İlanın ağına da lənət, qarasına da”...

njde.jpeg (95 KB)

Hələ harasıdır, bu azmış kimi, ötən ilin aprelində rəsmi İrəvan insanlıq əleyhinə növbəti rəzalətə imza atdı: keçən əsrin 20-ci illərində Türkiyə və Azərbaycanın bir sıra görkəmli diplomatları və siyasi xadimlərini qətlə yetirmiş terrorçu-daşnaklara Ermənistan paytaxtında “Nemezis” (“Qisasçılar”) abidə kompleksi ucaldıldı. Təntənəli açılışa Paşinyan partiyasından olan şəxs də qatıldı və Türkiyənin sərt reaksiyasına və tələblərinə rəğmən abidə sökülmədi...

İndi belə bir hökumət Türkiyə və Azərbaycanla normal qonşuluq münasibətləri qurmaq istəyir. Hər iki qonşuya ərazi iddialarının əks olunduğu Ermənistan Konstitusiyasını dəyişmək bir yana, sən öncə nasizmi və ksenofobiyanı simvolizə edən bu iki təxribatçı heykəl-abidəni yığışdır və ya heç olmasa, onların yanlış qoyulduğunu bəyan elə, onda deyək ki, bəli, öz xalqını gerçəkdən sülhə hazırlayırsan. Yoxsa Njde və “Nemezis” abidələrinə axın edən bir xalqın sülh istəyinə onun özündən savayı inanan tapılmayacaq...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR