İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatları toplanır- Gündəmləri açıqlandı

1571 08.09.2023 13:50 Siyasət A A

 

Ermənistanın hakim qüvvə uzun fasilədən sonra bu gün yenidən toplaşacaq: parlamentdə “Vətəndaş sazişi” fraksiyasının iclası keçiriləcək.

Musavat.com xəbər verir ki, bu barədə “Joxovurd” qəzeti məlumat yayıb.

“Bir aydan çoxdur ki, hakim qüvvə yalnız seçkiqabağı təşviqat məsələləri ilə məşğul olduğundan nə kollegiya, nə də fraksiya iclasları keçirmir. Mənbələrimizin bildirdiyinə görə, iclasda eksklüziv olaraq parlamentdəki iclasların gündəliyi, hakimiyyətin davranışı, eləcə də seçki kampaniyası ilə bağlı məsələlər müzakirə olunacaq.

Ermənistan və Qarabağ ətrafında yaranmış gərgin vəziyyətə baxmayaraq, “Vətəndaş sazişi” fraksiyasının iclasında təhlükəsizlik məsələləri müzakirə olunmayacaq. Belə çıxır ki, Paşinyan iqtidarı ölkənin təhlükəsizliyini, sərhədlərin toxunulmazlığını təmin etməyi unudub. Onlar üçün yalnız dar çərçivədə şəxsi partiya məsələləri önəmlidir.

Eyni zamanda, Azərbaycanda səfərbərlik gedir və Ermənistan ordu cəmlənir”, – deyə qəzet yazır.


Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR