İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın deputatı: “Başkəndin hansı əraziyə dəyişdirilə biləcəyini müzakirə etməliyik”  

742 13.03.2024 15:35 Dünya A A

 

“Ermənistanın baş naziri Nikol Paşinyan keçirdiyi mətbuat konfransında Azərbaycanın tələb etdiyi 4 kəndin xəritələrimizdə olmadığını bildirib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu martın 13-də Ermənistan parlamentində hakim “Vətəndaş sazişi” partiyasından olan deputat Qaqik Melkonyan jurnalistlərlə söhbətində deyib.

İrəvanın kəndləri Bakıya təhvil verib-verməyəcəyi ilə bağlı suala Melkonyan Paşinyanın  dediklərini təkrarlamaqla kifayətlənib: “Xeyr. Dedi ki, bizim ərazimizdə olan bizimdir, bizim ərazimizdə olmayan bizim deyil”.

-Əgər bu kəndlər bizim ərazimizdə deyilsə, bəs Azərbaycan niyə Ermənistandan onları tələb edir- sualına erməni deputat belə cavab verib: “Hər şey müzakirə olunur, tələsməyin. Aşağı Əskipara yolunun bir hissəsi onların ərazisində qalır. Bizdə isə Başkənd var. O, bizimdir və onların ərazisindədir. İndi müzakirə etməliyik ki, Başkənd hansı əraziyə dəyişdirilə bilər? Kərki ilə bağlı situasiya da eynidir”,-deyə Melkonyan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR