İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyanın arvadı Qarabağ mesajı verdi: Ermənilər AYAĞA QALXDI – Elxan Şahinoğlu ilə CANLIda

1505 17.07.2023 13:25 Son xəbər A A

Ermənistanın baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın fotosu erməniləri qəzəbləndirib. Paşinyanın Brüssel səfəri zamanı Akopyan sosial şəbəkələrdə foto paylaşıb.

Akopyanın geyindiyi köynəyin üzərində ingiliscə “Qaçqının yeni ölkəsinə gətirdiyi tək şey bir dəstə əşya deyil” sözləri yazılıb, masanın üzərində isə Albert Eynşteynin kitabı görünür. Bu ifadə 1971-ci ildə Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı tərəfindən yəhudi əsilli Eynşteynin fotosunun üzərində yazılıb və qaçqınları dəstəkləmək məqsədilə istifadə olunub. BMT məşhur alimin də qaçqın olduğuna diqqət çəkirdi.

Akopyanın Eynşteynin kitabı və 52 il öncə qaçqınlarla bağlı gündəmə gələn həmin ifadənin yazıldığı köynəkdə poz verməsi Ermənistanda müzakirəyə səbəb olub. Ermənilər bildirir ki, Akopyan bununla gələcək hadisələrin mesajını verir. Hesab edirlərlər ki, Paşinyanın həyat yoldaşı bununla Qarabağdakı ermənilərin Ermənistana “qaçqın” kimi qayıdacağını nəzərdə tutur.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.30-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/TVmusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR