İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan SON DƏQİQƏ yekun bəyanatlar: İlin sonunadək Azərbaycanla… - CANLI

2223 17.10.2023 16:00 Son xəbər A A

Ermənistan ilin sonuna qədər Azərbaycanla sülh müqaviləsi imzalamağa hazırdır. Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa Parlamentində çıxşı zamanı deyib.

Paşinyan Avropa İttifaqını və Ermənistanın müttəfiqlərini isə fəaliyyətsizlikdə ittiham edib. Paşinyan, bu müzakirələrin heç bir praktiki nəticə vermədiyini etiraf edib.

Paşinyan Ermənistanın Mehri dəmir yolu xəttini bərpa etməyə hazır olduğunu bildirib. "Biz Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirəcək Mehri dəmir yolu xəttini bərpa etməyə hazırıq", - o qeyd edib.

O, əlavə edib ki, 100 min erməninin Qarabağdan Ermənistana gəldiyi bir vaxtda bizim təhlükəsizlik sektorundakı müttəfiqlərimiz nəinki bizə kömək etmədilər, hətta Ermənistanda hakimiyyət dəyişikliyi, demokratik hökuməti devirmək üçün açıq çağırışlar etdilər. O, dövlətə qarşı növbəti sui-qəsdin iflasa uğradığını bildirib:

"Bu vəziyyətdə Ermənistanın təhlükəsizlik sistemi sayılan KTMT və Ermənistan qarşısında ikitərəfli səviyyədə təhlükəsizlik öhdəliyi olan ölkələr bizə heç bir kömək etmədilər, bizi tək qoydular".

TVMusavat-ın bu gün saat 16:00-da canlı yayımlanan “Həftə içi”nin qonağı politoloq Oqtay Qasımovdur.

Facebook səhifəsinin ünvanı:

https://www.facebook.com/NewMusavat

Youtube səhifəsinin ünvanı:

https://www.youtube.com/user/TVmusavat

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR