İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan növbəti həyasız BƏYANAT

4563 31.10.2022 17:30 Gündəm A A

Praqa danışıqları zamanı Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya prezidenti Vladimir Putinin Qarabağla bağlı açıqladığı bəyanatları rəhbər tutub.

Musavat.com xəbər verir ki, bunu Soçidə Putinlə ikitərəfli görüşdə Nikol Paşinyan özü deyib.

Paşinyan qeyd edib ki, ikitərəfli münasibətlərin gündəliyi genişdir. Bununla belə, o, regional təhlükəsizlik məsələlərinə diqqət yetirəcəklərini bildirib.

Paşinyan Rusiya prezidentinin Ermənistan tərəfinin təklifini dəstəkləyəcəyinə ümid etdiyini deyib.

Ermənistan tərəfi üçtərəfli görüşün yekunu üzrə bugünkü mümkün üçtərəfli bəyanatın mətnində müvafiq sənədə istinad edilməsini istəyir.

“Ermənistan bunu təklif edib, lakin indiyədək bizdə Rusiya tərəfinin bu təklifi dəstəklədiyinə dair heç bir təsdiq yoxdur. Bu, 2022-ci il oktyabrın 6-da Praqada əldə edilmiş təkliflərlə ziddiyyət təşkil etmir. Ermənistan üçün Azərbaycan qoşunlarının Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasından çıxarılması məsələsi vacibdir”, - deyə Nikol Paşinyan söyləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR