İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyandan etiraf: “994 itkinimiz var”

2550 19.10.2022 16:42 Region A A

Qarabağda baş vermiş birinci müharibə nəticəsində 777, ikinci müharibədə isə 217 erməni itkin düşüb.

Musavat.com Ermənistan mediasına istinadən xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan deyib. Baş nazir qeyd edib ki, sentyabrın 13-dəki döyüşlər nəticəsində Ermənistan tərəfdən 29 nəfər itkin düşüb. “Ümid edirik ki, Azərbaycan soydaşlarımızın taleyinin aydınlaşdırılmasında əməkdaşlıq edəcək”, - Paşinyan bildirib.

Birinci və İkinci Qarabağ müharibələrində əsir, itkin və girov götürülmüş 4 min Azərbaycan vətəndaşının taleyinə aydınlıq gətirməyən Ermənistan rəhbərliyinin bu məsələni gündəmə gətirməsi təbii ki, məkrli niyyətdən xəbər verir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR