İnsanlara hürriyət, millətlərə istiqlal!

Keçmiş arvadını güllələyən Zaurun vəziyyəti AÇIQLANDI

939 10.07.2026 14:29 Kriminal A A

Paytaxtın Nəsimi rayonu, Mir Cəlal küçəsində keçmiş həyat yoldaşı Amaliya Qəhrəmanovanı güllələyərək qətlə yetirməkdə təqsirləndirilən Zaur Qəhrəmanovun son vəziyyəti açıqlanıb.

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) Musavat.com-a bildirilib ki, Zaur Qəhrəmanovun müalicəsi Reanimasiya şöbəsində davam etdirilir.

"Pasiyentə gözün dağılmış yarası və kəllədaxili travma diaqnozları qoyulub. Vəziyyəti ağır qiymətləndirilir", - deyə məlumatda qeyd olunub.

Xatırladaq ki, hadisə ötən gün Nəsimi rayonu, Mir Cəlal küçəsində baş verib. İlkin məlumata görə, 43 yaşlı Zaur Qəhrəmanov ov tüfəngi ilə keçmiş həyat yoldaşı, 44 yaşlı Amaliya Qəhrəmanovanı güllələyərək öldürüb. Daha sonra o, həmin silahla özünə atəş açıb və ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Şahanə Rəhimli
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR