Macarıstanlı siyasətçi Peter Maqyar Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın NATO Liderlər Zirvəsində ona hədiyyə etdiyi fərdiləşdirilmiş "Magnum" tapançası ilə bağlı növbəti paylaşımı ilə diqqət çəkib.
Musavat.com xəbər verir ki, Maqyar bu dəfə özünün və Macarıstanın Baş naziri Viktor Orbanın kovboylar kimi bir-birinə silah tuşladığını əks etdirən rəsmin qarşısında çəkdirdiyi fotonu sosial media hesabında yayımlayıb.
Paylaşımında "Həyatımın ən qəribə hədiyyəsini Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğandan aldım" ifadəsini işlədən siyasətçi, 2024-cü ildə çəkilmiş həmin rəsmə istinad edərək "Bu rəsm indi tamamilə yeni məna qazanıb" sözlərini əlavə edib.
Qeyd edək ki, Peter Maqyar daha əvvəl də Ərdoğanın NATO Zirvəsində ona hədiyyə etdiyi, üzərində adının həkk olunduğu "Magnum" tapançasının fotosunu paylaşmışdı.






