İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan yerli radikallardan çəkinməsəydi Ankarada üçlü görüş də reallaşa bilərdi”-politoloq

404 02.06.2023 18:29 Siyasət A A

 

“Ermənistanın baş naziri Nikol Paşinyan Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak edəcək”.

Musavat.com bildirir ki, bunu politoloq Elxan Şahinoğlu bildirib. Ekspert qeyd edib ki, Paşinyan hökuməti Türkiyə ilə münasibətləri normallaşdırmağa çalışır: “Bunu istəyərkən İrəvanda erməni terrorçularına qoyulan abidə gedişata mənfi təsir edib. Paşinyan üçün həmin abidəni götürmək çətin olmamalıdır, necə ki, İrəvan metrostansiyaların birinin girişində “Böyük Ermənistan” xəritəsini siliblər. Xəritəni silən abidəni də götürə bilər”.

E.Şahinoğlu bildirib ki, Paşinyan yerli radikallardan çəkinməsəydi, Ankarada Rəcəb Tayyib Ərdoğan və İlham Əliyevlə üçlü görüş də reallaşa bilərdi: “Kişinyovda Fransa və Almaniyanın iştirakı ilə “beşli formatda” keçirilən görüşdən sonra Ankarada “üçlü formatda” keçirilən görüş yerinə düşərdi”.

Qeyd edək ki, artıq Ermənistan hökumətinin aparatı da Paşinyanın 3 iyunda Türkiyəyə səfər edəcəyini təsdiqləyib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR