Ermənistanda hakimiyyət “meqa icmalar” yaratmaq niyyətindədir. Artıq konsolidasiyaya məruz qalmış icmaların daha da birləşdirilməsini təklif edən qanun layihəsi təqdim edilib.
Musavat.com "Hraparak" qəzetinə istinadla xəbər verir ki, brinci mərhələ Ararat vilayətindəki Ararat və Vedi icmalarının birləşməsini nəzərdə tutur; layihə icma klasterlərinin yaradılmasını əks etdirir. "Ararat" olaraq təyin olunan klaster Ararat və Vedi icmalarını və onların tərkibinə daxil olan 32 yaşayış məntəqəsini əhatə edəcək.
Qəzetin yazdıöına görə, ikinci bələdiyyə klasteri indiki Vanadzor və Pəmbək bələdiyyələrini və onların 22 yaşayış məntəqəsini özündə birləşdirən Lori bölgəsindəki Vanadzor olacaq. Beləliklə, təklif olunan proqrama 4 bələdiyyə və 54 qəsəbə cəlb olunacaq və onlar 2 bələdiyyədə birləşdiriləcək.
Beləliklə, erməni mediası Nikol Paşinyanın növbəti seçkilərə hazırlaşdığını anons edib. Əvvəlki illərdə hakim partiya yerlərdə ağır məğlubiyyətə uğramışdı. Görünür, Paşinyan yerlərdə daha ciddi rejim yaratmaqla hakimiyyətini daha da möhkəmləndirməyə qərar verib.
Musavat.com






