İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan yenə SƏRSƏMLƏDİ: "Ermənistana qarşı hərbi zorakılıq..."

1286 15.02.2024 11:47 Siyasət A A

"Müdafiə nazirinin atəşkəsi pozmamaq, təxribatlara uymamaq üçün açıq-aşkar göstəriş verilib. Əgər nizam-intizam pozulubsa, bunun araşdırması və nəticəsi olacaq. Buna baxmayaraq, Azərbaycan 4 nəfərin ölümünə səbəb olan güclü cavab atəşı açdı."

Musavat.com xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan deyib. 

O, qeyd edib ki, hadisələrin təsviri göstərir ki, Azərbaycanın niyyətləri dəyişməz olaraq qalır: "Ermənistana qarşı hərbi zorakılıq siyasəti yürütmək. Bizdə belə bir təəssürat yaranır ki, Azərbaycan sərhədlərin sabitliyini və təhlükəsizliyini təmin etməkdə maraqlı deyil."

Erməni baş nazir bildirib ki, Azərbaycan “Mənə istədiyimi danışıq yolu ilə ver, əks halda onu müharibə yolu ilə götürəcəm” siyasətini davam etdirir. Bundan başqa, Azərbaycan 4 kəndin ərazisindən danışır, eyni zamanda Ermənistanın 31 kəndinin həyati əhəmiyyət daşıyan ərazilərinin Azərbaycanın işğalı altında olduğunu etiraf etməkdən imtina edir. Qoşunların bugünkü mövqelərindən geri çəkilmələri üçün Ermənistan və Azərbaycan sərhədini xəritədə və yerdə əks etdirmək lazımdır."

Paşinyan nitqinə bu sözlərlə davam edi: "Rəsmi Bakı vəziyyəti elə formalaşdırmağa çalışır ki, Azərbaycan qoşunları Ermənistanın 31 kəndinin ərazisindən geri çəkilməsin. 2 variant var: demarkasiya bütün sərhəd boyu aparılır və biz onu həyata keçirməyə başlayırıq, ikinci variant isə sərhədi hissələrə bölüb hissə-hissə irəliləməkdir. Prinsipcə, hər iki variant bizim üçün məqbuldur."

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR