İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan və Əsədovun Tiflis görüşü:3 saat nələrdən danışılıb? Sülh müqaviləsi Gürcüstanda imzalanır? - VİDEO

1906 27.10.2023 14:06 Siyasət A A

Xəbər verdiyimiz kimi Ermənistan və Azərbaycanın baş nazirləri Nikol Paşinyan və Əli Əsədov Gürcüstanın hökumət başçısı İrakli Qaribaşvilinin vasitəçiliyi ilə Tiflis yaxınlığındakı Muxrani saray kompleksində görüş keçiriblər.

Danışıqların təfərrüatı açıqlanmır. Lakin Gürcüstanın "İmedi" telekanalının məlumatına görə, üç baş nazirin görüşü bir neçə saat davam edib.

Görüşü şərh edən “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlu bildirib ki, Azərbaycan dövlətinin maraq və niyyəti onu göstərir ki, münaqişənin yekunu olacaq sülh müqaviləsi regionda imzalansın:

“Qənaətimcə Azərbaycan Prezidenti də istəyir ki, bu müqavilənin imzalanması da məhz Tiflisdə baş tutsun. Bunun da mühüm tarixi və ənənəvi əhəmiyyəti var.

Belə ki, Azərbaycan və o cümlədən Cənubi Qafqazın hər üç respublikasının müstəqilliyi 1918-ci ildə, qısa fasilələrlə məhz Tiflis şəhərində elan olunub. Eyni zamanda tarixdə ilk dəfə “Qafqaz Evi”nin yaranması ilə bağlı atılan addımlar, bağlanan müqavilələr də məhz Tiflis şəhərində həyata keçirilib. Görünən budur ki, İlham Əliyev gözlənilən sülh müqaviləsi ilə bağlı nə Brüssel, nə Moskva, nə də Tehran- Tiflis variantını seçib. Sonunda elə bu cür olacağına da daxili inamım var”.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR