İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan seçimini edib: “Ermənilərin Saakaşvilisi" olur...

835 01.02.2023 12:46 Siyasət A A

Ermənistanın siyasi dairələri hesab edir ki, baş nazir də onun üçün qurulacaq “ikinci Nürnberqə” hazırlaşmalıdır

Gümrüdə yerləşən 102-ci Rusiya hərbi bazasının yaxınlığında aksiyalar hər həftəsonu davam edir. “Yeni Müsavat”ın verdiyi məlumata görə, son olaraq bazanın yaxınlığında yenidən aksiya keçirilib. Paytaxtdan xeyli sayda etirazçı böyük avtobuslarla Gümrüyə gəlib. Onlar Rusiya sülhməramlı qüvvələrinin Qarabağdan çıxarılmasını, Ermənistanın KTMT-dən çıxmasını tələb ediblər. Aksiya iştirakçıları Putin rejiminin devriləcəyinə əminliklərini ifadə ediblər. Maraqlıdır ki, ermənilər çıxışlarında regional gərginliyə də ciddi diqqət ayırıblar. İranın hərbi obyektlərində partlayışlar haqda bildiriblər ki, İran Ermənistanın təbii müttəfiqidir və orada hansı siyasi dəyişikliklər baş verirsə, xalqın əksəriyyəti yenə ermənilərə tərəf olacaq, demək, bütün hallarda Ermənistan regionda tək olmayacaq. Aksiya iştirakçıları Türkiyədə keçiriləcək prezident seçkilərinə toxunaraq bu ölkədə “qeyri-sabitliyin başlayacağını” deyiblər.

Bildirilib ki, Rusiya istəsə belə, Ermənistanın təhlükəsizliyini təmin edə bilməyəcək. “Ermənistanda rus qoşunlarının olmayacağını, erməni xalqının nə edəcəyini, alternativinin olub-olmadığını təsəvvür etməliyik. Təbii ki, olacaq və biz artıq bu alternativi görürük, müqaviməti artırmaqdan və təbii müttəfiqlərimizlə əl sıxmaqdan başqa çarəmiz yoxdur”. Çıxış edənlər “erməni qisasının yaxınlaşdığını, Nikol Paşinyanın da onun üçün qurulacaq "ikinci Nürnberqə" hazırlaşmalı olduğunu deyiblər. “Ermənistanın baş nazirini seçim qarşısında qoyublar: ya Vaşinqtonu, ya da Moskvanı seç! O, Vaşinqtona üstünlük verib”. Erməni politoloq Yervand Bozoyan belə deyib.

“O deməkdir ki, Gürcüstanda Mixail Saakaşvili dövründə edildiyi kimi Rusiyanın təsirinin tam məhvi üçün əhəmiyyətli güc sərf ediləcək. Paşinyan "erməni Saakaşvili"yə çevrilir, amma bu transformasiyanın nəticəsi təkcə Qarabağ və Zəngəzuru yox, eləcə də Ermənistanı bütövlükdə itirmək olacaq. Gürcüstanın Rusiyaya müqavimət məsələsində dayağı Azərbaycan və Türkiyə idi. Ermənistana gəlincə isə Rusiya respublikaya verdiyi təhlükəsizlik çətirini götürəcək, nəticədə Ermənistan Bakı və Ankaranın hədəfi olacaq. Türkiyə, sadəcə, qoşunlarını Ermənistanla sərhədə gətirəcək və Azərbaycanın bütün şərtlərinin icrasını istəyəcək", - deyə o bildirib.

Bu arada isə Ermənistan parlamentinin nümayəndə heyəti Moskvaya gedəcək və orada KTMT-yə üzv dövlətlərin parlamentlərinin müdafiə və təhlükəsizlik komitələri (komissiyaları) sədrlərinin əlaqələndirmə iclasında iştirak edəcək. Rusiyaya yollanacaq heyətin tərkibində xüsusilə Paşinyana yaxınlığı ilə seçilən və Mülki Müqavilə Partiyasının “boz kardinal”ı sayılan Andranik Köçəryanın da yer alacağı gözlənilir. Köçəryanla bərabər siyahıda anti-Rusiya mövqeyinə sahib Eduard Ağacanyan da var. Bu da Paşinyanın Rusiya ilə münasibətləri heç də yoluna qoymaq istəmədiyini deməyə əsas verir. Moskva İrəvana necə qulaqburması verəcək?

Çingiz Qənizadə: “Bu, erməni dəyirmanına su tökmək kimi bir şeydir” Yeni  Sabah

Çingiz Qənizadə

Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə “Yeni Müsavat”a qeyd etdi ki, Ermənistandakı rus hərbi bazasının önündə keçirilən aksiyaların mütəmadi xarakter alması İrəvandakı siyasi hakimiyyətin bu məsələdə marağının olduğunu göstərir. Onun fikrincə, siyasi hakimiyyətin marağı olmasaydı, Gümrüdə aksiyalara şərait yaratmazdılar: “Bu gün Rusiya-Ermənistan əlaqələrində həqiqətən ciddi gərginlik yaşanır. Kreml Qərbin regiona yerləşməsinə rəsmi şəkildə etirazını bildirib ki, Avropa İttifaqının Cənubi Qafqazda güclənmək cəhdlərini qəbul etməyəcək. Ona görə Rusiya Ermənistanı daha da sıxışdırmasını gücləndirəcək. Çünki Paşinyanın qeyri-stabil siyasəti Rusiyanı həddən artıq qıcıqlandırıb və onun siyasi taleyinin yaxşı olmayacağını deməyə əsas verir. Moskva maraqlıdır ki, Paşinyanı öz adamı ilə əvəzləsin. Elə Qarabağa yerləşdirilən və Kremlin tapşırıqlarını icra edən Vardanyan da Rusiyanın bu planlarından xəbər verir. Hesab edirəm ki, Ermənistan siyasi hakimiyyətinin Avropaya qucaq açması və müşahidəçi missiyasını gətirməsi Moskvadan cavabsız qalmayacaq. Çünki Aİ müşahidəçiləri bütün sərhədlər boyu rus hərbçilərini nəzarətdə saxlayacaq. Bütün bunların Ermənistan üçün ağır nəticələri Paşinyanın hakimiyyətdən getməsi, hətta həbsə atılması ola bilər”.

İranda rejim asanlıqla təslim olmayacaq, ancaq proses artıq başlayıb" - ELXAN  ŞAHİNOĞLU

 Elxan Şahinoğlu

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun bildirdiyinə görə, Kremlin baş nazir Nikol Paşinyanın Avropa İttifaqı missiyasını Ermənistan-Azərbaycan təmas xəttində yerləşdirməsindən narazılığı artıb: “Əvvəlcə bu barədə bir neçə gün əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov açıqlama verdi və bildirdi ki, Ermənistan üçün Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) missiyası faydalıdır, digər tərəfdən, Avropa İttifaqının missiyası Azərbaycanla razılaşdırılmadığına görə uğur qazanmayacaq. Nikol Paşinyan və Ermənistanın digər rəsmiləri Lavrovun açıqlamasını qulaqardına vurdular. Lavrov ikinci cəhdini edib. Beləliklə, Kreml növbəti dəfə İrəvanı xəbərdar edib. Paşinyan isə mövqeyində qətidir, o, Rusiya və KTMT-nin yerinə Avropanı və Fransanı seçib. Kreml Paşinyanı cəzalandırmaq barədə düşünməlidir. Kreml üçün problem ondadır ki, Ermənistandakı tərəfdarları zəifdir və Paşinyanı hakimiyyətdən uzaqlaşdıra bilmirlər. Paşinyana ən böyük zərbə Kremlin Rusiya Xarici İşlər Nazirliyi vasitəsilə "Azərbaycan razı olmayacağı halda Rusiya hərbi kontingenti 2025-ci ildə Qarabağı tərk edəcək" şəklində bəyanat verməsi olar".

Asif Nərimanlı: "Gəncəyə terror hücumlarından iki il ötür"

Asif Nərimanlı

Siyasi şərhçi Asif Nərimanlı deyir ki, bütün bunlar Moskvanın İrəvana qarşı ata biləcəyi mümkün addımları aktuallaşdırır və ssenarilərin üç istiqamətdə tətbiq edilə biləcəyi gözləntisini önə çıxarır: “Ermənistan daxilində proseslərin inkişafı ssenariləşdirilə bilər, rus sərhədçilərinin dayandığı İran və Türkiyə sərhədində qaçaqmalçılıq kimi insidentlərin intensiv baş verəcəyi istisna deyil və bu kimi hallarla Moskva ermənilərə mövcudluğunun nə qədər əhəmiyyətli olduğunu nümayiş etdirəcək, habelə Aİ missiyasının Ermənistanın təhlükəsizliyinə təhdid yaratdığını isbatlamaq üçün müşahidəçilərlə gərginlik yaradıla bilər”.

Ekspertin fikrincə, sərhəddə mümkün eskalasiyanın təşkili istisna deyil: “Moskvanın Aİ missiyası haqqında "mövcud münaqişələri daha da gərginləşdirəcək" xəbərdarlğı ilə Azərbaycanla sərhəddə baş verən toqquşmaları nəzərdə tutduğu istisna deyil: erməni ordusu daxilindəki qüvvələrin əli ilə sərhəddə Azərbaycana qarşı təxribatlar törədə və Bakının adekvat cavabına zəmin yarada bilər; bu ssenarinin baş verməsi Ermənistan üçün ağır nəticələr vəd edir. Bakının sərhədin delimitasiya üzrə mümkün praktiki addımlarına neytral mövqe sərgiləyə bilərlər. Qarabağda Azərbaycanın məcburetmə addımlarına şərait yarada bilər: erməni qoşunların çıxarılması istiqamətində müəyyən gedişlərin edilməsi ilə bundan həm üçtərəfli razılaşmanın icrasında irəliləyiş, həm də regional proseslərdə Bakının dəstəyini qazanmaq üçün istifadə edə bilər. Mövcud vəziyyətdə Moskva-İrəvan toqquşması Bakıya prosesləri öz xeyrinə dəyişmək imkanı yaradır".

Emil SALAMOĞLU,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR