İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ONU direktor görmək istəyir

352 24.07.2024 12:56 Son xəbər A A

“Hakimiyyətin Armen Koloyanı Ermənistan İctimai Radiosunun direktoru etmək istəyi o qədər böyükdür ki, “ədalətli seçkilər”, “dövlət sisteminin gəncləşdirilməsi” kimi öz şüarlarından əl çəkməyə qərar verib”.

Musavat.com xəbər verir ki, bu barədə “Hraparak” qəzeti məlumat yayıb.

“İyulun 29-da İctimai Yayım Şurası Ermənistan İctimai Radiosunun vakant direktoru vəzifəsi üçün müsabiqənin qalibini elan edəcək. Paşinyanın namizədi “Azadlıq” radiosunun əməkdaşı, hökumətyönlü Armen Koloyandır. Onun 67 yaşı var. Qəribədir ki, qanunvericilikdə yaş məhdudiyyəti nəzərdə tutulmayıb, çünki rəhbər vəzifələrdə işləmək üçün yaş həddi 65-dir. Bir gün əvvəl İctimai Radionun keçmiş direktoru Qaregin Xumaryan Koloyanın müsabiqənin nəticələri elan olunmamışdan əvvəl təyin olunduğunu deyib. O, iştirakçılara müraciət edərək onları Armen Koloyanı boykot etməyə və ərizələrini geri götürməyə çağırıb”, - məlumatda bildirilir.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR