İnsanlara hürriyət, millətlərə istiqlal!

“İvanişvili, Fitso və Trampa qarşı sui-qəsdlər eyni qüvvələrin işidir” - Kobaxidze

323 24.07.2024 14:32 Dünya A A

“Hakim “Gürcü Arzusu” partiyasının fəxri sədri Bidzina İvanişvilinin həyatına sui-qəsd cəhdini həyata keçirənlər, Robert Fitso və Donald Trampı öldürmək istəyənlər eyni qüvvələrdir”.

Musavat.com xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze danışıb.

“Bu yaxınlarda iki terror aktı baş verib - biri Slovakiyada, ikincisi ABŞ-da. Bunlar qlobal siyasi qüvvələri xarakterizə edən ümumi imzadır”, - deyə Kobaxidze qeyd edib.

Qeyd edək ki, Gürcüstanın Dövlət Təhlükəsizlik Xidməti Bidzina İvanişviliyə qarşı sui-qəsd hazırlığı ilə bağlı bəyanat verib. DTX-nin fikrincə, sui-qəsd Ukraynada yaşayan keçmiş gürcü məmurları tərəfindən təşkil edilib və maliyyələşdirilib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR