İnsanlara hürriyət, millətlərə istiqlal!

Makron solçu baş nazirliyə namizədi rədd etdi - Olimpiadaya görə

369 24.07.2024 15:02 Dünya A A

Fransa prezidenti Emmanuel Makron 182 deputatla Milli Assambleyada ən çox təmsilçiyə malik olan solçu Yeni Xalq Cəbhəsinin (“Nouveau Front Populaire” – NFP) baş nazirliyə namizədi elan edilən Lüsi Kastesin namizədliyini qəbul etməyib.

 Musavat.com xəbər verir ki, Euronews-un məlumatına görə, Makron dünən axşam qatıldığı televiziya proqramında çıxış edərək yeni hökumətin avqustun ortalarına qədər qurulmayacağını bildirib. Diqqətin 2024-cü il Paris Yay Olimpiya Oyunlarına yönəlməsi lazım olduğunu deyən Makron bu həftə başlayacaq olimpiada zamanı hazırkı kabinetin müvəqqəti olaraq vəzifədə qalacağını açıqlayıb.

 Çərşənbə axşamı Fransanın solçu koalisiyası olan Yeni Xalq Cəbhəsi alyansı (NFP) tərəfindən verilən açıqlamada, Paris meriyasının maliyyə məsələləri üzrə yüksək vəzifəli dövlət məmuru Lüsi Kastesin baş nazirliyə namizədliyi irəli sürülüb.

 İctimaiyyətə az tanınan bir ad olan Kastesi namizəd kimi təklif edən NFP ittifaqı seçkidən bəri irəli sürəcəkləri namizədlə bağlı daxili fikir ayrılığı yaşayırdı. Lakin Kastesin namizədliyi həmin gün prezident Makron tərəfindən rədd edilib.

 “France 2” telekanalına açıqlama verən Makron Kastesin namizədliyini rədd etməsinə səbəb kimi Olimpiya oyunlarını göstərib. "Avqustun ortalarına qədər bütün diqqətimizi oyunlara (Yay Olimpiya Oyunlarına) yönəltməliyik. Bundan sonra mümkün qədər geniş dəstəyə malik baş naziri müəyyənləşdirmək mənim məsuliyyətim olacaq", - deyən Makron namizədin rədd edilməsinə səbəb kimi əlavə edib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR