İnsanlara hürriyət, millətlərə istiqlal!

Newsweek: “Amerikalılar Trampı da Bayden qədər yaşlı hesab edirlər”

221 24.07.2024 14:31 Dünya A A

Amerikalılar Donald Trampı dövlət vəzifəsini tutmaq üçün çox yaşlı hesab edirlər. Bu, tədqiqatçıların əldə etdiyi sorğunun nəticələridir.

Musavat.com xəbər verir ki, bu nəticələri məşhur “Newsweek” nəşri dərc edib.

Rəyi soruşulanların 53%-nin fikrincə, Tramp prezident postunu tutsa, yaşı ona mane ola bilər, lakin 43%-i bu rəylə razılaşmır. Respublikaçı namizədin hazırda 78 yaşı var. Onun demokrat rəqibi Kamala Harris isə 59 yaşındadır. Respondentlərin 56%-i onu hazırcavab və çətinliklərin öhdəsindən gəlməyi bacaran şəxs hesab edir, 37% respondent isə bununla razılaşmır. Onların yalnız 22%-i ABŞ-ın hazırkı prezidenti Co Baydeni bacarıqlı hesab edir.

Xatırladaq ki, 81 yaşlı Bayden prezidentlik yarışından geri çəkildiyini açıqlayıb və Kamala Harrisi onun varisi təyin edib. Tərəfdarları və əleyhdarları ona Amerika liderinin yaşını və səhhətinin vəziyyətini tez-tez xatırladırdılar.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR