İnsanlara hürriyət, millətlərə istiqlal!

Zahid Oruc imza kampaniyasını uğurla başa vurdu və seçicilərə təşəkkür etdi FOTO

267 24.07.2024 13:59 Siyasət A A

1 sentyabr 2024-cü ildə Azərbaycan Respublikası Milli Məclisinə keçirilən seçkilərdə namizədliyini 33 saylı Xətai 1-ci seçki dairəsindən irəli sürən Zahid Orucun imzatoplama kampaniyası uğurla başa çatıb və sənədlər Dairə Seçki Komissiyasına təqdim olunub.

Zahid Orucun Seçki Qərargahından Musavat.com-a verilən xəbərə əsasən, qanunvericiliyinin tələblərinə əməl etmək, şəffaflığı qorumaq, o cümlədən ictimai fikri öyrənmək və qarşıdakı planları qurmaq məqsədilə sahəyə ayrılan şəxslərə müvafiq təlimatlar verilmişdi, həmçinin 3 gün ərzində sahədə aparılan işlərə dair media vasitəsilə ictiamiyyətə dolğun məlumatlar təqdim olunmuşdu.

Kampaniya zamanı ərazinin əsas infrastruktur və kommunal vəziyyəti, ictimai qayğıları, problemləri və fərdi tələbləri, rəyləri dinlənilib, onların həlli yollarına dair çoxsaylı təklifləri toplanıb. Xüsusilə, vətəndaşların məşğulluq məsələləri, kreditlərə əlçatanlıq, yaşayış binalarının istismar vəziyyəti, müddəti və hüquqi sənədlərə dair təminatlar, təhsil və icbari tibbi sığortaya çıxış imkanları, dövlət qulluğuna qəbul və həssas təbəqələrin- şəhid ailələri, qazi və veteranların sosial müdafiəsi və gənc nəslin gələcəyinin qurulmasına dair məsələlər və digər mühüm milli mövzular sistemləşdirilərək Seçki Qərargahına təqdim edilib. 

Vurğulamaq yerinə düşər ki, ərazidə vətəndaşların mühüm bir hissəsinin uzun illər prinsipiallıqla dövlətçilik mövqeyində dayanan və Ulu öndər Heydər Əliyevin kursuna sədaqətlə xidmət edən Zahid Orucu Parlamentin fəal üzvü kimi tanıması, əvvəllər təmsil etdiyi bölgə üzrə gördüyü işlər, sabit ictimai-siyasi fəaliyyətini müsbət qiymətləndirməsi və Milli Məclis deputatının ilk növbədə, əhalinin əsas istək və arzularının dövlət/hökumət orqanlarına çatdırması üçün mühüm status-platforma olduğunu vurğulamaları mühüm məqamlar kimi dəyərləndirilə bilər. Xüsusilə, Vətən müharibəsində Qələbədən sonra bütün hakimiyyət orqanlarından gözləntilərin artması inkaredilməz faktdır və belə bir gerçəklikdə əhali ilə düzgün kommunikasiyanın qurulmasını, onların dövlətçiliyə olan etibarının qorunub saxlanılmasını bir nömrəli məsələyə çevirir.

Milli Məclis üzvü təkcə milləti təmsil etmir, həm də onun gələcək ideallarının və hədəflərinin, baxışlarını formalaşdırılmasında bəlli səlahiyyətlər çərçivəsində iştirak edir. Ona görə də paytaxtın ən böyük sənaye və iqtisadi rayonlarından olan Xətaidə bütün hakimiyyət orqanları, o cümlədən, ərazidən Milli Məclisə seçiləcək deputatlar arasında daimi koordinasiya, dairə bölgüsü qoymadan birgə çalışmalar tələb olunur.

İmzalar içərisində Vətən müharibəsi şəhidi, yaşadığı ünvanda adına anım guşəsi yaradılan və insanlarımızın ehtiram ünvanına çevrilən Elnur Əliyevin atası Süleyman Əliyevin, şəhid Nurəhməd Ulubəyovun anası Tahirə Ulubəyovanın timsalında xeyir-dualarını verən hər bir dəyərli xətaililərə, ötən günlər ərzində dəstəyini göstərən anınmış ziyalılara, alimlərə, müəllimlərə və sənətçilərə, sadə zəhmət adamlarına ən dərin hörmət və ehtiramımızı bildiririk. Seçki Qərargahı toplanan bütün rəyləri qarşıdakı fəaliyyət planı və gələcək vəzifələr sırasına daxil edəcəkdir, ərzidə son 5 ildə parlament təmsilçisinin olmamasından qaynaqlanan gerçəkliyin dəyişməsi üçün yerli hakimiyyət orqanları ilə birlikdə daim çalışacaq.

Hər bir imza bizim üçün qiymətlidir, üzərimizə məsuliyyət qoyur və hər zaman bizi insanlarımız qarşısında öhdəlikli edir.

Sizə ləyaqətlə xidmət etməkdən qürur duyacağıq!

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR