İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan bu xəritələr üzrə sərhədlərin müzakirəsini başlatsa..." - Ekspertdən İLGİNC AÇIQLAMA

6875 24.09.2022 00:26 Gündəm A A

"Təsdiq olunacaq hər bir xəritə Azərbaycanın xeyirinədir. Mən hesab edirəm ki, bu xəritələr ortaya qoyulsa və müzakirələr başlasa, Azərbaycanın ərazi itkisi olmayacaq. Tam əksinə, sözügedən xəritələrdə vaxtilə Ermənistanın işğal etdiyi ərazilər Azərbaycanın ərazisi kimi göstərilir."

Musavat.com xəbər verir ki, bu sözləri Sevinc Telmanqızının aparıcılığı ilə "Tv Müsavat"ın efirində yayımlanan "Canlı Debat" verilişində "ATLAS" Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib.

Ekspert qeyd edib ki, elə bir xəritə yoxdur ki biz ondan nigaran olaq və ya narazı qalaq: "Bu xəritələr bizdə də, Rusiyanın hərbi arxivlərində də var. Ona görə də, Paşinyan bu mərhələni gecikdirir. O dəqiq bilir ki, bu xəritələr üzrə sərhədlərin müzakirəsi başlasa, iddialarından əl çəkməli olacaqlar."

Ətraflı təqdim etdiyimiz video hissədə: 

Tv Musavat "Youtube" linki: https://www.youtube.com/user/TVmusavat

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR