İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan:“Bu adama kran işi tapın”— VİDEO

1119 11.06.2022 22:05 Gündəm A A

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Ararat bölgəsinə səfər edib.

Azvision.az xəbər verir ki, saytlar onun yerli sakinlərlə görüşündə diqqət çəkən və ölkənin hazırkı durumunu əks etdiran maraqlı hadisənin baş verdiyini yazıb.

"Baş nazir Ararat bölgəsinə səfəri zamanı Berdik-Aygistan avtomobil yolunun əsaslı təmirinin gedişi ilə də tanış olub. O, kənd sakinləri ilə söhbət edərkən gözləmədiyi müraciətlə üzləşib. Bir nəfər ona “İş yoxdur, heç nə yoxdur. Mən kran idarəçisiyəm. Heç bir işim yoxdur” deyib. Paşinyan isə öz növbəsində yanında olan səlahiyyətli şəxslərdən birinə göstəriş verib. O, “Bu adama kran işi tapın... Dünən dedilər bizə tikinti üçün mütəxəssislər lazımdır”. Baş nazir digər yerli sakinlərlə kənd təsərrüfatına dair müzakirələr də aparıb", - saytlar yazıb.

Qeyd edək ki, Ermənistan baş nazirinin Ararata səfəri insidentsiz ötüşməyib. Səhər saatlarında bir qrup yerli sakin Paşinyanın keçəcəyi yolda təxribat törtəməyə cəhd edib. Polsi onları saxlayaraq bölməyə aparıb.
 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR