İnsanlara hürriyət, millətlərə istiqlal!

"Paşinyan bayraqlarımızın yandırılmasına seyrçi qalacaqsa, çox arzuladığı sülhə təhlükə yaranacaq"

466 24.04.2024 19:32 Siyasət A A

Xəbər verdiyimiz kimi İrəvanda qondarma “soyqırımı” qurbanlarının xatirəsinə keçirilən məşəl yürüşündə Türkiyə və Azərbaycan bayraqları yandırılıb. Hadisə ölkəmizdə və Türkiyədə qəzəblə qarşılanıb.

"Ermənistan hökuməti və polisi bayraqlarımızın yandırılmasına seyrçi qalmaqda davam edəcəklərsə, Paşinyanın çox arzuladığı sülhə təhlükə yaranacaq".

Musavat.com bildirir ki, bu sözləri politoloq Elxan Şahinoğlu mövzunu şərh edərkən bildirib.

elxan_shakinoglu876.jpg (78 KB)

"İrəvanda Azərbaycan və Türkiyə bayraqlarının yandırılmasını unutmayacağıq. Ermənistanın baş naziri Nikol Paşinyan reallıqdan çıxış edərək “soyqırım” üzərindən siyasətin yanlış olduğunu və bunun qonşularla münasibətlərinə mənfi təsirindən danışır. Buna rəğmən, baş nazir polisinə iki dövlətin bayrağının yandırılmasına mane olması əmrini vermir. Sülhdən və əməkdaşlıqdan danışan Paşinyan radikalların əl-ayağını yığışdırmalı, kilsəyə yerini göstərməlidir ki, gələcək sülh və əməkdaşlığa təhlükə yaranmasın", - deyə politoloq qeyd edib.

Elxan Şahinoğlu erməni lobbisinin və Ermənistandakı radikalların Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasına qarşı olduğunu vurğulayıb:

"Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğan artıq neçənci dəfədir ki, Ermənistan hökumətinə və ermənilərə mesaj göndərərək bildirib ki, Errmənistanda yaşayanlar xaricdəki erməni lobbisinin alətinə çevrilməsinlər. Erməni lobbisini Ermənistan və bu ölkədə yaşayan ermənilərin taleyi maraqlandırmır. Nikol Paşinyan ölkəsi üçün Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının vacibliyini anlasa da, bunu ermənilərin tamamı haqqında söyləmək mümkün deyil. Erməni lobbisi və Ermənistandakı radikallar Azərbaycan və Türkiyə ilə münasibətlərin normallaşmasının əleyhinədirlər. Bunlar anlamırlar ki, Ermənistan iki böyük qonşusu – Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmadan nə təhlükəsizilik məsələrini həll edə, nə də inkişaf edə biləcəklər. Deməli erməni lobbisinə və radikallara Ermənistanın təhlükəsizliyi və inkişafı lazım deyil".

Xalidə Gəray,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR