İnsanlara hürriyət, millətlərə istiqlal!

“Paşinyan Azərbaycanın cekpotudur”

1511 21.11.2023 12:49 Son xəbər A A

“Baş nazir Nikol Paşinyan hakimiyyətə gəldikdən sonra Qərbin hazırladığı yol xəritəsini rəhbər tutsa da, proses səngiyib”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu yerli siyasi strateq Tiqran Köçəryan deyib.

“Qərbin planlarına uyğun olaraq, artıq Azərbaycanla sülh müqaviləsi imzalanmalı və bunun fonunda Rusiyanın regiondan çıxarılması prosesi başlamalı idi. Müəyyən mərhələdə Bakı Qərbin Nikol Paşinyana diktə etdiyi tələbləri məqbul hesab etdi, çünki bu plana uyğun olaraq Qarabağ Azərbaycana verildi (azad olundu - red.). Təbii ki, bütün bunlar Ermənistan hakimiyyətinin əli ilə baş verib”, - deyə o bildirib.

Köçəryana görə, Qranada görüşünə qədər Qərb, Azərbaycan və Ermənistan hakimiyyəti eyni mövqedə olub. Lakin Qranada görüşündən başlayaraq Bakı bu prosesdən uzaqlaşıb, çünki indiki şəraitdə sülh müqaviləsi imzalamaq onun maraqlarına uyğun olmayıb.

“Nikol Paşinyan Azərbaycanın cekpotudur, ona görə də onlar Qarabağla məhdudlaşmaq istəmirlər. Paşinyan qarşısına bir neçə vəzifə qoyub: azərbaycanlıları Ermənistana qaytarmaq, təzminat almaq, dəhliz. Bakı başa düşür ki, Qərbin təzyiqi ilə sülh müqaviləsi imzalamağa razılaşsa, o zaman Ermənistandan əlavə üstünlüklər almaq fürsətini əldən verəcək”, - deyə Köçəryan bildirib.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR