İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ABŞ-yə gedəcəkmi - Baş nazir tərəddüd edir

460 10.01.2025 20:19 Region A A

Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 6-da Vaşinqtonda keçiriləcək illik Milli Dua səhər yeməyində iştirak etmək üçün dəvət alıb.

Musavat.com bu barədə erməni mediasına istinadən bildirir.

Lakin onun ABŞ-a gedib-getməyəcəyi hələlik məlum deyil.

Yerli medianın səfərlə bağlı yazılı sorğusuna cavab olaraq, Respublikanın Nazirlər Kabineti bəyan edib ki, Ermənistanın baş nazirinin ofisi Paşinyanın bütün səfərləri barədə operativ və lazımi şəkildə məlumat verir.

Qeyd edək ki, sözügedən tədbir 1953-cü ildən keçirilir. ABŞ Konqresinin təşkil etdiyi illik ənənəvi tədbirdə ölkə prezidentləri iştirak edir və ABŞ-nin bütün əlli ştatından və 100-dən çox ölkədən qonaqlar dəvət olunur.

Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR