İnsanlara hürriyət, millətlərə istiqlal!

Paşinyan ABŞ-a 1 milyard dollar verib bunu almaq istəyir

8857 28.05.2023 14:03 Siyasət A A

 

 

Amerika Ermənistanı Rusiyanın “enerji kölələliyindən” qurtarmaq üçün Metsamor AES-dən imtina etməyə təhrik edir, amma...

Ermənistan Rusiyanın “enerji kölələliyindən” qurtulmaq üçün  SSRİ zamanı tikilmiş Metsamor AES-dən Amerikanın xeyrinə imtina edə bilər. Musavat.com xəbər verir ki, bu sensasion məlumatla vzqlyad.ru saytında dərc edilən məqalədə deyilir. Bildirilir ki, ABŞ-ın bu niyyəti təkcə texnoloji deyil, həm də regionda siyasi məqsədlər güdür. 

Məqalədə xatırladılır ki, Ermənistan bu günlərdə Dağlıq Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanımağa hazır olduğunu bəyan edib. “Yalnız bununla İrəvan Rusiya hərbi bazasını Qərb bazası ilə əvəz etməyə cəhd edə bilər ki, bu da Ermənistanla Rusiya arasında sıx əməkdaşlığa son qoyacaq” deyə, məqalədə bildirilir. 

Bununla belə, İrəvanla Qərbin bu anti-Rusiya planına böyük infrastruktur maneəsi də var. Ermənistanda sovet istehsalı olan atom elektrik stansiyası fəaliyyət göstərir ki, ona hazırda Rusiyanın“Rosatom” şirkəti xidmət göstərir. Stansiya Ermənistanı bütün elektrik enerjisinin təxminən 40%-i ilə təmin edir.

“Nikol Paşinyan Qərbin və Bakının tələblərini yerinə yetirməkdə qərarlı olduğundan, Ermənistan AES-i də bağlayacağını güman etmək məntiqlidir. Bəs İrəvan bunun əvəzində nə düşünür?  Amerika hökumətinin Avropa və Avrasiyaya yardım proqramlarının koordinatoru Mariya Lonqi ABŞ Konqresində keçirilən dinləmələrdə  planın ümumi konturlarını açıq şəkildə bəyan edib. Lonqi deyib ki, ABŞ bir sıra ölkələrdə, o cümlədən Ermənistanda Amerika texnologiyasından istifadə etməklə kiçik modul nüvə reaktorları texnologiyasının quraşdırılmasını  təbliğ edir.  Bu isə İrəvanın həm Rusiya, həm də Çindən enerji asılılığından xilas olmaqla nəticələnə bilər” deyə, sayt yazır. O da bildirilir ki, ABŞ rəsmisi çıxışında bu texnologiyanın təkcə Ermənistandan deyil, Avrasiyanın digər dövlətlərindən də tətbiqindən danışıb.

ABŞ-da kiçik modul reaktorların iki əsas növü üzərində iş aparılır: Natrium (Bill Qeyts tərəfindən startap) və Holtec-in SMR-160 (160 meqavat) təzyiqli su reaktoru. Sırf texniki səbəblərdən Natrium nə Ermənistana, nə də Orta Asiyaya çatdırıla bilməz. Çünki bu sürətli reaktorda yüksək zənginləşdirilmiş urandan istifadə edir. 

Təzyiqli su reaktoruna(SMR-160) gəlincə, bunu İrəvanda tətbiqi mümkündür. Reaktorun özəlliyi ondan ibarətdir ki, o, “özünü tormozlayır” və təbii dövriyyədədir.  Yüksək təhlükəsizlik reaktorda qəza istisna edilir və ətraf mühiti çirkləndirmir.  AES-in təxmin edilən sahə tutumu isə  cəmi 2-3 hektardır. Təhlükəsizliyin təmin edilməsi tikintinin mürəkkəbliyi hesabına baş verir. Reaktorun yerin altında demək olar ki, beş mərtəbəli bina hündürülyündə yerləşdirilməsi planlaşdırılır. Aydındır ki, bunun üçün külli miqdarda bahalı yeraltı tikinti işləri tələb olunacaq. Reaktorun dəyəri isə cəmi bir milyard dollar kimi qiymətləndirir. Amerika standartlarına görə, həqiqətən ucuzdur. Amma Rusiya reaktorları fonunda belə bir layihə çox baha başa gəlir”-Rusiya nəşri yazır.

Amma SMR-160 reaktorlarının tikintisi ideyası ilə bağlı əsas problem hətta qiymət deyil.  Sayta yazır ki, problem ondadır ki, ABŞ İrəvanı  da təşviq etdiyi bu reaktorun bu günə qədər hətta tam kağız layihəsi də yoxdur. “Şirkət  hələ ABŞ-da öz reaktorunun ilkin dizaynını sertifikatlaşdırmadan keçirməyə çalışır. Buna görə də, məsələn, reaktorun materialının çəkisi, materialların tərkibi haqda məlumat yoxdur. Belə şəraitdə isə layihənin qiymətində ciddi artım mümkündür” deyə, sayt yazır.

Orxan ƏLİYEV,
Musavat.com

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR