İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiyası qeydə alınan Akif Nağı: “Hamımız çox sevincliyik”

1562 08.09.2023 15:51 Siyasət A A

Azərbaycanda daha bir partiya Ədliyyə Nazirliyi tərəfindən dövlət qeydiyyatına alınıb.

Musavat.com xəbər verir ki, bu, Akif Nağının rəhbərlik etdiyi Azad Vətən Partiyasıdır.

A.Nağı partiyanın qeydiyyata alınması ilə bağlı Musavat.com-a danışıb:

“Bizim partiyamız da yeni qaydalara uyğun olaraq qeydiyyatdan keçdi. Bu, partiyamızın üzvləri üçün çox sevindirici hadisədir. Qeyd edim ki, partiyamız öz fəaliyyətini əvvəlki kimi davam etdirəcək. Belə ki, partiyamız bir il ərzində Qarabağ Azadlıq Təşkilatının (QAT) davamçısı olaraq fəaliyyət göstərdi.

30 il ərzində QAT olaraq Azərbaycan dövlətinin maraqlarının keşiyində dayanmışıq. Bütün fəaliyyətimiz dövlətin, millətin maraqlarına uyğun istiqamətdədir. Hesab edirəm ki, heç kəs, heç bir partiya dövlətin, millətin maraqlarına zərbə vurmamalıdır. Kimlərsə bu haqda düşünürlərsə, onlar yanlış yoldadırlar.

Azərbaycan böyük nəticə əldə edib, Prezident, Ali Baş Komandan İlham Əliyev Qarabağın işğaldan azad olunmasına nail olub və bu gün böyük quruculuq işləri ilə məşğuldur. Bunu görməmək mümkün deyil. Kim bunu görmürsə, ya kordur, ya da bu millətin, dövlətin düşmənidir. Həmin partiyalar, şəxslər qarşılarında bizi görəcəklər. Həmçinin rüşvətxor, ədalətsiz, insanların taleyinə biganə olan məmurların qarşısındayıq.

Hazırda ölkədə siyasi sistemlə bağlı geniş islahatlar aparılır, siyasi dəyişikliklər var. Biz də Azad Vətən Partiyası olaraq bu istiqamətdə fəaliyyətimizi geniş şəkildə davam etdirəcəyik. Əsas işimiz təşkilatlanmanı genişləndirməkdir”.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR