İnsanlara hürriyət, millətlərə istiqlal!

Partiya liderini seçki kampaniyası zamanı BU HALA SALDILAR - GÖRÜNTÜLƏR VİDEO

761 04.06.2024 18:52 Dünya A A

“Reform UK” partiyasının lideri, İngiltərənin Klakton şəhərindən deputatlığa namizəd Naycl Farac şəhərdə apardığı seçki təbliğatı zamanı xoşa gəlməz hadisə ilə üzləşib.

AZƏRTAC Britaniya mediasına istinadla xəbər verir ki, Naycl Farac çıxışını bitirdikdən sonra gənc bir qadın əlindəki milkşeyk içkisini partiya liderinin üstünə atıb. Atılan içki Naycl Faracın üzünə tökülüb.

2019-cu ildə Nyukasl şəhərində təbliğat kampaniyası apararkən də Naycl Faraca milkşeyk içkisi atılmışdı.

Qeyd edək ki, keçən həftə N.Farac deputatlığa namizəd olmaqdan imtina etdiyini söyləsə də, daha sonra qərarını dəyişib və “Reform UK” partiyasının lideri kimi seçkilərdə iştirak edəcəyini bildirib.

Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR